Milli İncəsənət Muzeyinin kollektivi Cocuq Mərcanlıda
Azərbaycan
Milli İncəsənət Muzeyinin kollektivi Cəbrayıl
rayonunun 2016-cı ildə Aprel döyüşlərində
işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində
Xocalı soyqırımına həsr edilmiş tədbir
keçirib.
Elmi işlər üzrə direktor müavini Xədicə Əsədova slaydlar və videoçarxlar vasitəsilə muzeyin fəaliyyəti barədə məlumat verib, sərgi şöbəsinin müdiri Araz Osmanov isə qədim Xocalı-Gədəbəy mədəniyyəti haqqında danışıb. Muzeyin zəngin kolleksiyasında bu mövzuda qorunub saxlanılan əsərlərdən ibarət səyyar sərgi məktəblilərə təqdim olunub.
Elmi-kütləvi şöbənin əməkdaşı Vüsalə Hümbətli “Xocalı harayı” adlı mühazirə ilə çıxış edib. İnnovasiya şöbəsinin müdiri Səbinə Ağamirova muzeydə qorunan əsərlərin təbliğindən danışıb.
Muzeyin kollektivi Cocuq Mərcanlı kəndində Şuşadakı Gövhər ağa məscidinin bənzəri kimi inşa olunan məscidi ziyarət edib, məktəb kitabxanası ilə tanış olub.
Milli İncəsənət
Muzeyinin kolleksiyasından rəsm əsəri
N.Aslanov adına Cocuq
Mərcanlı kənd orta məktəbinə
hədiyyə edilib.
Mədəniyyət.- 2020.- 26
fevral.- S. 1; 2.