“Əsgər papağı” bölgələrdə
nümayiş olunub
Şuşa Dövlət Musiqili Dram Teatrı Elnurə Abdullayevanın “Əsgər papağı” tamaşası ilə “Xocalı həftəsi”nə start verib.
İlk tamaşa Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində təqdim olunub. Tamaşanın quruluşçu rejissoru Sərdar Gözəlov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Mirvüqar Nəsirovdur. Teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimovdur.
Səhnə əsəri erməni vandallarının Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi qətliamdan bəhs edir.
“Əsgər papağı” tamaşası “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı
ilə Yevlax, Quba və
Masallıda da göstərilib.
Mədəniyyət.- 2020.- 26
fevral.- S.2.