İlk addım atanŞum bola” oldu

 

Fikir veribsinizsə, macəra əsərlərinin əksəriyyəti oğlanların başına gələn əhvalatlardan bəhs edir. Yəqin bunda nəsə hikmət var. Elə olmasaydı, bir çox xalqların şifahi yazılı ədəbiyyatının əsas macəra qəhrəmanları da yeniyetmə gənc oğlanlar olmazdı. Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrının da Bakıya gətirdiyi qastrol tamaşası ənənəni pozmadı.

 

İllərdən bəri teatrın repertuarından düşməyənŞum bola”, yəniŞuluqtamaşası dəcəlliyindən qalmayan, hər işə baş qoşan, amma həmişə yaxşılıq etməyə, yaxşı tutmağa çalışan, hər kəsin adını unudubŞum bola” çağırdığı bir oğlanı onun dostlarını, ya da elə onun düşdüyü qəribə situasiyaların digər iştirakçılarını bizə tanıtdı.

 

Tamaşa özbək ədəbiyyatının klassiki Qafur Qulamın eyniadlı povesti əsasında səhnələşdirilib. Uzun illərdir ki, teatrın səhnəsində rus dilində oynanılır teatrı beynəlxalq festival qastrollarda uğurla təmsil edir.

 

Bəri başdan deyək ki, 6+ yaş qrupu üçün nəzərdə tutulmuş tamaşa həm özbək xalq-meydan teatrı ənənələri üzərində qurulması, milli koloriti milli musiqi ladında bəstələnmiş musiqisi, həm iştirakçıların şux milli rəqsləri ilə qardaş özbək xalqının vizit kartı kimi təqdim edilə bilər.

 

Yaxşı, bəs bu Şum bola neyləyib ki, əsər qəhrəmanına çevrilib? Əslində, şuluq Şum bola heç pis uşaq deyil. İstəyir ki, dostları ilə yaxşıca süfrə açsın, ammaplov baha başa gəldiyi üçün yumurta ilə keçinməyə qərar verirlər. Öz hinlərindən yumurta çırpışdıranda da anası onu dinləmədən oğru adlandırır.

 

Evdən qaçıb Hacı babanın çayxanasında işləyəndəsə eləmədiyi oğurluğu onun boynuna yıxırlar. Düzdür, əsl oğru tapılır, amma səndən əsassız olaraq şübhələniblərsə, həmin yerdə qalmağa dəyərmi? Dəyməz. Elə Şum bola da belə fikirləşir macəralarının ardınca yoluna davam edir.

 

Özbəkistanın Əməkdar artisti Malikə İsgəndərovanın quruluşunda oynanılanŞum bola” tamaşasında 5 qadın 5 kişi aktyor iştirak edir. Amma tamaşaçıya elə gəlir ki, bir-birini sürətlə əvəz edən səhnələrdə təxminən iyirmi-otuz iştirakçı var. Çünki əsas rolların ifaçıları Fayzullo Askerov (Şum bola) Noufal Sulaymanovdan  (Omon) başqa digər səkkiz aktyor bir neçə obrazı canlandırırlar. Bazar səhnəsində, Bay (ağa) evində qocadan uşağadək, hətta hindəki toyuq-cücəni belə oynayan aktyorlarUluqbek Rustamov, Şerzod Axmedov, Şahobiddin Fayezov, Nərgizə Rustamova, Kamola Xudayberdiyeva, Zebo Kadırova, Dilnavaz Axmedova Umidə Narbayevanın tamaşanın əvvəlindən sonunadək eyni şux ritmdə rəqs etməsi, cilddən-cildə çevikliklə keçərək Şum bolanın başına gələn əhvalatlarda kölgədə qalmaması diqqətdən yayınmırdı.

 

Tamaşanın maraqla qarşılanmasında, təbii ki, rəssam işini xüsusi qeyd etmək lazımdır. Quruluşçu rəssam Yevgeniya Biserovanın səhnə tərtibatındakı, geyim üzrə rəssam Mariya Lukyanovanın isə geyimlərdə bəhrələndiyi kolorit tamaşanın ümumi ovqatına xidmət edirdi. Bütün səhnələrdə milli rəqs elementlərini müasir xoreoqrafiya  ilə birləşdirmək imkanı verən Bahodir Zakirovun musiqisi elə əsas qəhrəman Şum bolanın xarakterinə tam uyğun gəlir, rejissor ideyasını tamamlayırdı.

 

Özbəkistan  Dövlət Gənc Tamaşaçılar Teatrının Azərbaycana ilk qastrolunun uğurla keçdiyini deyə bilərik. Bunu həm iki gün ərzində bir neçə dəfə oynanılanŞum bola” tamaşasını seyr edən balaca teatrsevərlərin reaksiyası (biz buna şəxsən şahid olduq), həm teatrın Bakıya gəlmiş yaradıcı işçi heyətinin sosial şəbəkə hesablarındakı paylaşımları sübuta yetirir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ötən il özbək teatrının 90 illik yubileyində iştirakı ilə başlayan əməkdaşlığın qarşılıqlı səfərlərlə davam edəcəyini gözləyirik. Yəqin ki, “Şum bola”nın ayağı düşərli olar. Bizqardaş Özbəkistanda həm Azərbaycan teatrını təbliğ edərik, həm də öz ölkəmizdə özbək teatrı ilə daha yaxından tanış olarıq.

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2020.- 26 fevral.- S.1;4.