Qəbələ qoruğunda xatirə mərasimi

 

Fevralın 26-da Qəbələ Arxeoloji Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Mərasimdə Daxili İşlər Nazirliyinin N saylı hərbi hissəsinin zabitgizir heyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin zabitləri iştirak ediblər.

 

Qoruğun direktoru Zahir Kərimov 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı qüvvələrinin Xocalı şəhərində törətdiyi qırğından söz açıb. Digər çıxış edənlər Xocalı soyqırımını Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı işğalçılıq müharibəsinin ən dəhşətli səhifəsi, Dağlıq Qarabağın azərbaycanlı əhalisini məhv etmək niyyəti ilə törədilmiş kütləvi qırğın aktı olduğunu vurğulayıblar.

 

Tədbirdə Kiçik Pirəli kənd tam orta məktəbinin şagirdləri Vətənə, doğma torpağa həsr olunmuş şeirlər söyləyiblər. Sonda Xocalı soyqırımı haqqında sənədli film nümayiş olunub.

 

 

Mədəniyyət.- 2020.- 28 fevral.- S.4.