Xalça Muzeyində mühazirə
Fevralın 25-də Azərbaycan Milli Xalça Muzeyində “Xocalı – Azərbaycanın qara tarixinin qanlı səhifəsi” mövzusunda mühazirə keçirilib.
Muzeyin Şuşa filialının müdiri Əlisəfa Nuriyev çıxış edərək 1992-ci il fevralın 26-na keçən gecə yaşanan dəhşətdən söz açıb. Bildirib ki, Xocalıda 613 nəfəri qətlə yetirən erməni işğalçıları torpaqlarımızı zəbt etməklə bərabər milli mədəni irs nümunələrimizi də mənimsəyir, dünyaya özlərininki kimi təqdim edirlər.
Ermənilərin bu mənfur siyasəti, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında dövlətimiz tərəfindən görülən işlərdən danışan natiq çıxışının sonunda Xocalı əhalisinin öz doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini ifadə edib.
Sonra tədbir iştirakçıları Xocalı faciəsinə həsr edilmiş filmə baxıblar.
Qeyd edək ki,
muzeyin foyesində Əməkdar rəssam
Aydın Rəcəbovun müəllifi olduğu
“Ana fəryadı” adlı xalça
da nümayiş etdirilir. Xocalı faciəsini
yaşamış toxucular tərəfindən
toxunmuş xovlu
xalçanın muzeydə nümayiş
edilməsi həm də qan
yaddaşımızla bağlı yaşlı nəsildən
gənc nəslə bir mesajdır.
Mədəniyyət.-
2020.- 28 fevral.- S.4.