Ensiklopediya xalqın intellektual potensialının
göstəricisidir
Səkkiz cildi işıq
üzü görən
Azərbaycan Milli Ensiklopediyasının digər
cildləri üzərində
iş gedir
Ensiklopediya biliyin bütün və yaxud müəyyən
sahələrinə dair
lüğət şəklində
sistemə salınmış
məlumatlar toplusudur.
Tarixi mənbələrə
görə, ilk dəfə
sistemli ensiklopediya yunan filosofu, Platonun şagirdi Speusippos tərəfindən
yaradılıb. Roma tarixçisi
Pliniusun tərtib etdiyi “Təbiətin tarixi” ensiklopediyasının
ərsəyə gəlməsində
onlarla müəllif iştirak edib.
Ensiklopediya xalqın inkişaf səviyyəsinin, intellektual
potensialının göstəricisi
hesab olunur. Buna görə də hər bir dövlətin
ensiklopediyası da olmalıdır. Bu gün ensiklopediyalar mədəniyyətin bir atributuna çevrilsə də, dünyada heç də bütün xalqlar öz milli ensiklopediyalarını
yaratmayıb, bəlkə
də yarada bilməyiblər. Bu yazıda biz Azərbaycan Milli Ensiklopediyası barədə söz açacağıq.
Əvvəlcə ölkəmizdə ensiklopediya
nəşrinin tarixinə
nəzər salaq. Bu sahədə ilk təşəbbüslər
XX əsrin 30-cu illərinə
təsadüf etsə
də, o vaxt edilən cəhdlər nəticəsiz qalıb.
Nəhayət, 1965-ci ildə
“Azərbaycan Sovet Ensiklopediyasının nəşri
haqqında” qərarla
respublikamızda ensiklopediya
işinin əsası
qoyuldu və Azərbaycan SSR EA-nın Rəyasət Heyəti yanında Azərbaycan Sovet Ensiklopediyası (ASE) Baş Redaksiyası yaradıldı. Qərarda 10 cildlik ASE və
“Azərbaycan SSR” xüsusi
cildinin (Azərbaycan və rus dillərində)
buraxılması nəzərdə
tutulmuşdu.
1970-ci ildə ASE-nin
1-ci cildi çapdan çıxdı, lakin sovet rejiminin tələblərinə cavab
vermədiyinə görə
kitabın kütləvi
nəşri dayandırıldı. Azərbaycan
KP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə ASE-nin nəşrinə yenidən
başlanıldı və
1976–87-ci illərdə 10 cildin
nəşri başa çatdırıldı. “Azərbaycan SSR” xüsusi cildi isə çap olunmadı.
Azərbaycan Respublikası Milli
Məclisinin 2000-ci ildə
qəbul etdiyi və həmin ilin 30 may tarixində Prezident Heydər Əliyev tərəfindən
təsdiq olunmuş “Nəşriyyat işi haqqında” qanun müstəqil Azərbaycanın
yeni universal ensiklopediyasının
nəşri üçün
zəmin yaratdı. Prezident İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının
nəşri haqqında”
2004-cü il 12 yanvar tarixli sərəncamında Azərbaycan
xalqının həyatında
baş vermiş mühüm ictimai-siyasi, tarixi, elmi və
mədəni hadisələri
obyektiv şəkildə
əks etdirən yeni ensiklopediyanın hazırlanıb latın qrafikasında nəşr edilməsi zərurəti qeyd olunurdu.
***
Bəs ötən
müddətdə Azərbaycan
Milli Ensiklopediyasının
hazırlanması və
nəşri ilə bağlı hansı işlər görülüb?
Azərbaycan Milli Ensiklopediyasının
(AME) direktor müavini
Afaq Sultanov bizimlə söhbətində
bildirdi ki, Prezident İlham Əliyevin məlum sərəncamından sonra
AME-nin 2007-ci ildə “Azərbaycan” xüsusi cildi Azərbaycan dilində, 2012-ci ildə isə rus dilində
çap olunub. Toplunun
2009-2018-ci illərdə 8 cildi
işıq üzü
görüb. Bu ilin sonuna qədər
isə 9-cu cildin nəşr olunması nəzərdə tutulub.
Həmsöhbətimiz qeyd etdi ki,
ensiklopediyanın cildlərinin
nəşrə hazırlanması
və çapa təqdim edilməsi Milli Elmlər Akademiyası tərkibində
fəaliyyət göstərən
xüsusiləşdirilmiş elmi təşkilat olan Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzində həyata keçirilir. Bu elmi təşkilat “Azərbaycan
Milli Ensiklopediyası Elmi Mərkəzinin yaradılması haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 5 may 2004-cü il tarixli sərəncamı ilə
yaradılıb. 2014-cü ildə Elmi Mərkəzin peşəkar
fəaliyyəti üçün
hər bir şəraiti olan, yüksək memarlıq tələbləri səviyyəsində
tikilmiş yeni binası istifadəyə verilib. Elmi Mərkəzdə ensiklopediyanın
çapdan çıxmış
bütün cildləri
ilə yanaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən
2012-ci ildə nəşr
edilmiş “Azərbaycan
Muğam Ensiklopediyası”,
müxtəlif dillərdə
yazılmış ensiklopedik
xarakterli kitablar və foliantlar, o cümlədən alman ilahiyyatçısı Raban
Mavr tərəfindən
tərtib olunaraq 847-ci
ildə çap edilən “Əşyaların
təbiəti” ensiklopedik
kitabının Almaniyada
hazırlanmış əla
keyfiyyətli surəti
saxlanılır.
Elmi Mərkəzdə
110 nəfərdən çox
əməkdaş fəaliyyət
göstərir. Onların arasında həm
uzun illər bu təşkilatda çalışmış təcrübəli
ensiklopediya işçiləri,
həm də bu işə yeni başlamış gənclər var.
***
Ensiklopediyanın hazırlanması prosesindən
söz açan Afaq Sultanov deyir
ki, hər bir cild üzərində
işə başlanmazdan
əvvəl həmin cildə daxil ediləcək bütün
məqalələrin siyahısı
bir daha yoxlanılır, lazım gəldikdə əlavələr
edilir və çap olunaraq, tanış etmək və razılaşdırmaq
məqsədilə aidiyyəti
qurumlara göndərilir.
Bundan sonra “Sözlük”dəki
siyahıya uyğun olaraq təbiət və humanitar elmlər üzrə redaksiyalarda məqalələr
yazılır. Məqalələrdə
təbiət hadisələri,
biomüxtəliflik, coğrafi ərazilər, dünya ölkələri, iri vilayətlər və şəhərlər, millətlər,
elm və texnikanın
nailiyyətləri, məşhur
sənət əsərləri,
mühüm siyasi və ictimai proseslər, tarixi faktlar, görkəmli tarixi şəxsiyyətlər,
ictimai-siyasi xadimlər,
filosoflar, yazıçılar,
şairlər, maarifçilər,
xeyriyyəçilər, mədəniyyət
və incəsənət
xadimləri barədə
dəqiq və yığcam məlumatlar öz əksini tapır. Bu zaman Azərbaycanın təbiətinə,
tarixinə, coğrafi
bölgələrinə və
yaşayış məntəqələrinə,
respublikamızdan kənarda
olan Azərbaycan tarixi-etnik torpaqlarının
toponimlərinə, ictimai
həyatın siyasət,
hərb, elm, idarəçilik,
mədəniyyət, idman
və s. sahələrində
mühüm işlər
görmüş və
ya böyük nailiyyətlər əldə
etmiş, Azərbaycan
dövlətində aparıcı
vəzifələrdə çalışmış
insanlar barədə məlumatlara xüsusi diqqət verilir. Görkəmli dövlət xadimlərinin,
AMEA-nın həqiqi və müxbir üzvü, Xalq yazıçısı, Xalq
şairi, Xalq rəssamı, Xalq artisti kimi fəxri
adlara layiq görülmüş şəxslərin,
generalların və admiralların, elmlər doktorlarının hər birinin həyat və fəaliyyətinə
xüsusi məqalə
həsr olunur. Öz tarixi vətənindən kənarda yaşayaraq böyük nailiyyətlər
əldə etmiş azərbaycanlıların, başqa
millətlərdən olan,
lakin Azərbaycan xalqının və dövlətçiliyinin mənafeyi
üçün əhəmiyyətli
işlər görmüş
şəxslərin də
hər biri haqqında məqalə tərtib edilir.
Məqalələr üzərində iş
zamanı AMEA-nın institutlarında, başqa elmi təşkilatlarda, ali məktəblərdə,
respublikanın sahə
elmi mərkəzlərində
çalışan alim
və mütəxəssislərlə
məsləhətləşmələr aparılır, ehtiyac yarandıqda bioqrafik və başqa faktları dəqiqləşdirmək
üçün nazirliklərə,
icra orqanlarına, ayrı-ayrı şəxslərə
müraciət edilir. Xüsusilə irihəcmli
və mühüm məqalələrin əlyazmaları
qiymətləndirilmək üçün
müvafiq elmi təşkilat və müəssisələrə göndərilir,
onlardan alınmış
rəylərdəki irad
və əlavələr
iş prosesində nəzərə alınır.
Həmsöhbətimiz onu da bildirdi
ki, nəşrlərin
hazırlanması zamanı
dünyanın qabaqcıl
ölkələrinin təcrübəsindən
də istifadə edilir. Ensiklopediyanın hər bir cildi (təqribən 600 səhifə) iki variantda nəşr edilir. Xüsusilə nəfis şəkildə
tərtib olunmuş satış variantı Almaniyada, nisbətən sadə, lakin yüksək keyfiyyətli
kitabxana variantı isə Bakıda “Şərq-Qərb” nəşriyyatında
çap olunur. Bu yaxınlarda cildlərin
elektron versiyasının
da hazırlanması planlaşdırılır. Hazırda toplunun 6 cildi AME-nin saytında
(http://ensiklopediya.gov.az) yerləşdirilib.
Direktor müavini
sonda qeyd etdi ki, ensiklopediyanın
nəzərdə tutulan
digər cildləri də qarşıdakı illərdə yüksək
keyfiyyətdə hazırlanaraq
oxucuların ixtiyarına
veriləcək.
Nurəddin MƏMMƏDLİ
Mədəniyyət.-
2020.- 28 fevral.- S.1;5.