Soyqırımının
ildönümünə həsr olunmuş
tədbirlər
Azərbaycan Turizm və Menecment Universitetində
(ATMU) “Əsrin soyqırımı:
Xocalı” mövzusunda
dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən
universitetin rektoru İlham Mədətov Xocalı soyqırımının
tarixə insanlıq əleyhinə cinayət kimi yazıldığını
deyib, bu qırğının ermənilərin
öz havadarlarının
dəstəyi ilə xalqımıza qarşı
XX yüzillikdə apardıqları
etnik təmizləmə
və soyqırımı
siyasətinin davamı
olduğunu vurğulayıb.
Tədbir iştirakçıları Xocalı faciəsindən bəhs edən elmi-kütləvi və bədii əsərlərdən ibarət kitab sərgisi ilə tanış olublar.
***
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında da Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Akademiyanın prorektoru, professor Yeganə Axundova, kafedra müdiri, professor Tərlan Quliyev çıxış edərək Xocalıda törədilən dəhşətlərdən danışıblar. “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev Xocalı soyqırımının tarixindən, bu faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında birgə səylərin göstərilməsinin vacibliyindən bəhs edib.
Xocalı soyqırımı zamanı erməni əsriliyində 8 gün qalmış Dürdanə Ağayeva və faciənin canlı şahidi Samirə Hüseynova başlarına gətirilən müsibətlərdən danışıblar.
Sonra BMA-nın kafedra müdiri, Əməkdar incəsənət xadimi Aydın Əzimovun Xocalı soyqırımına ithaf olaraq Hüseyn Cavidin sözlərinə yazdığı “Əcəba” musiqili kompozisiyası nümayiş olunub.
Mədəniyyət.-
2020.- 28 fevral.- S.6.