“Xocalı həftəsi”nə yekun vurulub
Bakı Xoreoqrafiya Akademiyasında “Xocalı həftəsi”nə yekun vurulub.
Akademiyanın tam orta təhsil pilləsi şagirdlərinin təqdim etdiyi “Bir yurd vardı – Xocalı...” adlı ədəbi-bədii kompozisiyada akademiyanın müəllimlərinin – Pərvin Nəcəfovanın quruluş verdiyi “Faciə”, “Ana” və “Günahım nədir?” milli, klassik və müasir rəqs nümunələri, Aypara Məmmədova və Gülnarə Babayevanın rəhbərliyi ilə hazırlanan şeir və səhnəciklərlə 28 il öncə Xocalı hadisələri canlandırılıb.
Kompozisiya nümayişindən sonra tədbirin
qonaqları, milli kəşfiyyat zabitləri
– polkovniklər Hikmət Ağayev, Xətay
Baxşıyev, Milli Qəhrəman, general-mayor Fəxrəddin Cəbrayılov və
başqaları çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Qarabağ
torpağı azad olunmayana
qədər hər bir azərbaycanlı əsgərdir
və hamımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək
düşmənə qalib gəlməliyik.
Mədəniyyət.-
2020.- 28 fevral.- S.2.