Muzeylər və hərb tariximiz

 

 

MEMİM tərəfindən iyulun 28-də təşkil edilən daha bir videokonfrans “Muzeylər və müasir Azərbaycanın hərb tarixinin şanlı səhifələri” mövzusuna həsr olunub.

 

Mərkəzin sektor müdiri Pakizə Almazovanın moderatorluğu ilə keçirilmiş tədbirdə tarixi yaddaşın qorunması və formalaşması istiqamətində muzeylərin rolu haqqında diskussiyar aparılıb.

 

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə, Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı  Məryəm Hacıyeva təmsil etdiyi qurumların fəaliyyətindən bəhs edərək muzeylərdə saxlanılan bəzi eksponatlar haqqında konfrans iştirakçılarına məlumat veriblər.

 

Mərkəzin direktoru Asif Usubəliyev çıxışında ölkəmizin hərb tarixinin öyrənilməsinin və təbliğinin əhəmiyyətindən danışıb.

 

Mədəniyyət.- 2020.- 30 iyul.- S4.