Kino sənətində silinməz izlər”

 

 

Sənədli filmin premyerası

 

İyulun 25-də “Mədəniyyət” kanalında fotoqraf-rəssam Pərviz Quliyevə həsr olunmuşKino sənətində silinməz izlər” sənədli filminin premyerası olub.

 

Ekran əsəri Azərbaycan kinosunun fədakar veteranı, Əməkdar mədəniyyət işçisi Pərviz Quliyevin keçdiyi mənalı həyat və zəngin yaradıcılıq yolundan bəhs edir.

 

Filmdə görkəmli rejissorlar, Xalq artistləri Oqtay Mirqasımov və Ramiz Həsənoğlu, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə sənətkar haqqında ürək sözlərini dilə gətirir. Ekran əsərində veteran kino xadimlərinin xatirələri də yer alıb. Filmin müəllifi Əməkdar jurnalist Salar Aslanov, rejissoru Sənan Sultanovdur.

 

Pərviz Quliyev 1942-ci il yanvarın 19-da Bakıda anadan olub. 1961-ci ildən etibarən C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasında laborant, daha sonra fotorəssam, usta-fotoqraf kimi çalışıb. 1967-ci ildən kinostudiyada foto sexinə rəhbərlik edib. Dəfələrlə keçmiş SSRİ məkanında keçirilən Azərbaycan mədəniyyəti günlərində ölkəmizi tərənnüm edən fotostendlərin tərtibatçısı olub. Müxtəlif kinorejissorların çəkdiyi 50-dən artıq bədii, sənədli, elmi-kütləvi filmlərə fotoqraf-rəssam kimi tərtibat verib.

 

Mədəniyyət.- 2020.- 30 iyul.- S.5.