Gənc yazarın kitabı Türkiyədə
çapdan çıxıb
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində “Azərbaycan ədəbiyyatı – Gənclik seriyası” üzrə nəşrlər də davam etdirilir.
İstedadlı gənc müəllifləri qardaş ölkədə tanıdan layihə üzrə şair, yazar Qismət Rüstəmovun “Gələcəyin tarixi” adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb.
Tanınmış şair-tərcüməçi
Yurtsevən Şənin türkcəyə çevirdiyi
kitab Türkiyənin “Zengin
Yayıncılık” nəşriyyatı tərəfindən
5000 tirajla nəşr olunub.
Mədəniyyət.- 2020.- 30 iyul.-
S8.