“Mədəniyyət”
kanalında “Vətən
borcu” filminin premyerası
İyulun
13-də “Mədəniyyət” kanalında Azərbaycan Silahlı Qüvvələrinin
kapitanı, 2016-cı il Aprel döyüşlərinin şəhidi
Mühüd Orucova həsr edilmiş “Vətən borcu” sənədli filmi nümayiş olunub.
Mənəvi Dəyərlərin Təbliği
Fondunun sifarişi ilə çəkilmiş
“Vətən borcu” adlı filmdə kapitan Mühüd Orucovun həyat və döyüş̧
yolundan bəhs olunur. Filmin ideya və ssenari müəllifi Afət Telmanqızıdır.
Mühüd Orucov 1984-cü il iyulun 13-də Qazax rayonunun Fərəhli kəndində
anadan olub. Təhsilini əvvəlcə
C.Naxçıvanski adına Hərbi Liseydə, daha sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə
alıb.
“N” saylı hərbi
hissədə kəşfiyyat
bölüyünün kəşfiyyat
tağımı komandiri
vəzifəsindən Xüsusi
Təyinatlı Qüvvələrin
kəşfiyyat taboru komandiri vəzifəsinə
qədər şərəfli
yol keçib. Kapitan Mühüd Orucov
2016-cı il aprelin 2-də Azərbaycanın
ərazi bütövlüyü
uğrunda gedən döyüşlərdə qəhrəmancasına
həlak olub. Göstərdiyi qəhrəmanlığa görə ölümündən
sonra ölkə başçısının sərəncamı
ilə “İgidliyə
görə” medalına
layiq görülüb.
Mədəniyyət.- 2020.- 15 iyul.-
S.5.