Ənvər Məmmədxanlının “Buz heykəl”i ispan dilində
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində müxtəlif ölkələrin saytlarında, ədəbiyyat portallarında, sosial media səhifələrində şair və yazıçılarımızın əsərlərindən nümunələr dərc olunur.
Layihə çərçivəsində Kolumbiyanın “De la literatura” (“Ədəbiyyat haqqında”) “Facebook” səhifəsində görkəmli Azərbaycan yazıçısı Ənvər Məmmədxanlının ispan dilinə tərcümə olunmuş “Buz heykəl” hekayəsi yayımlanıb.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, səhifədə hekayə ilə bərabər yazıçının həyat və yaradıcılığı haqqında məlumat da təqdim edilib.
Mədəniyyət.- 2020.- 15 iyul.-
S.7.