Xalçaçılığın təbliği və qorunması mövzusunda təlimlər

 

Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi “Xalçaçılığın təbliği, mədəni və maddi irsinin qorunması” mövzusunda təlimlərə başlayır.

 

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mədəniyyət Nazirliyi ilə birgə elan etdiyi müsabiqəyə təqdim edilərək qalib olub.

 

Quba rayonunda icra olunacaq layihənin məqsədi Azərbaycan xalçaçılıq ənənələrinin bərpası, qorunması və inkişafına, eyni zamanda xalçaçılıq sənətinin iqtisadi cəhətdən gəlir mənbəyi kimi tanıdılmasına dəstək olmaqdır.

 

Layihə çərçivəsində xalçaçılıq sənətinin öyrədilməsi üçün lazımi dəzgah və alətlərlə təchiz olunmuş məkanda nəzəri və praktik təlimlər təşkil ediləcək. Əsas məqsəd regionun ucqar ərazilərində xalçaçılıq potensialının artırılması və xalçaçılıq sahəsində peşə hazırlığının həyata keçirilməsidir.

 

Layihədə regionun əsasən ucqar kəndlərində yaşayan, xalçaçılıq peşəsinə marağı olanbu peşəyə yiyələnmək istəyən 10 nəfər xanımın iştirakı nəzərdə tutulur.

 

 

Mədəniyyət.- 2020.- 3 iyul.- S.4.