Cümhuriyyət dövrümüasir dövrdə Azərbaycan ədəbiyyatı

 

 

Elmi nəşr Daşkənddə özbək dilində işıq üzü görüb

 

Daşkənddə “Azərbaycan Demokratik Respublikası və müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı özbək dilində çap olunub.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti ili” münasibətilə başladığı nəşr layihəsini başa çatdırıb.

 

Nəşr filologiya elmləri doktorları Ramiz Əskərin “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı və Alxan Bayramoğlunun “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat” adlı əsəri əsasında hazırlanıb.

 

Kitabı Özbəkistanın Termez Dövlət Universitetinin filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı, tərcüməçi Obidjon Şofiyev özbək dilinə çevirib.

 

Nəşrdə həm 1918-1920-ci illər, həm də 1980-ci illərdən başlayaraq 2015-ci ilə qədər Azərbaycan ədəbiyyatında nəsr, poeziya, dramaturgiya, habelə yeni ədəbi cərəyanlar, ədəbiyyatşünaslıq məsələləri öz əksini tapıb.

 

Kitabdan Özbəkistan universitetlərinin türkologiya kafedralarında, həmçinin dünyaqardaş xalqlar ədəbiyyatının tədrisində istifadə olunacaq. AMM tərəfindən kitab Özbəkistanın aparıcı universitetlərinə və kitabxanalarına hədiyyə ediləcək.

 

Mədəniyyət.- 2020.- 3 iyul.- S.7.