Bizi birləşdirən mədəniyyət”in budəfəki qonaqları gənclər olub

 

 

“Mədəniyyət” kanalında yayımlanan “Bizi birləşdirən mədəniyyət” layihəsinin növbəti canlı efiri gənclərə həsr olunub.

 

Verilişin qonaqları VI Muğam Televiziya Müsabiqəsinin iştirakçısı Məftun Məmmədov, gənc qrafik rəssam Tural Hüseyn, xanəndə Gülzar Fərəcova olub.

 

Məftun Məmmədov müsabiqə ilə bağlı təəssüratlarını bölüşüb. Dərs aldığı müəllimlərdən, muğam sənətinə sevgisindən söz açıb.

 

Tural Hüseyn “Rənglənmiş tarix” layihəsi ilə bağlı məlumat verib. Layihənin ərsəyə gəlməsi, cəmiyyətin bu layihəyə marağından bəhs edib.

 

Gülzar Fərəcova muğam televiziya müsabiqəsindən bu günə kimi fəaliyyətindən söz açıb.

 

Verilişdə gənc istedadların ifaları səslənib.

 

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” verilişi həftəiçi (saat 19:00) Beynəlxalq Muğam Mərkəzindən canlı olaraq tamaşaçılarla görüşə gəlir.

 

Mədəniyyət.- 2020.- 3 iyul.- S.3.