Tacikistan portalında xalça sənətimiz haqqında yazı

 

 

Tacikistanın avesta.tj portalında rus dilində “Azərbaycan xalçası xalqın milli sərvətidir” sərlövhəli məqalə dərc olunub.

 

Materialda Azərbaycan xalçaları haqqında ətraflı məlumat verilir, bildirilir ki, xalçalar xalqın həyatında və məişətində əsas yer tutur. Yazıda xalçaçılıq sənəti ilə bağlı ətraflı söhbət açılır, Azərbaycan Milli Xalça Muzeyindən danışılır. Qeyd olunur ki, muzeydə 14 min eksponat qorunur.

 

Məqalədə Quba, Bakı, İrəvan, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz xalça məktəblərinin xüsusiyyətləri şərh olunur, xalıların oxşar və fərqli cəhətləri izah edilir.

 

Bildirilir ki, 2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil olunub.

 

Vurğulanır ki, Azərbaycan Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli qərarı ilə ölkəmizin xalça sənətinin qorunması və təbliği sahəsindəki müstəsna xidmətlərinə görə Azərbaycan Xalça Muzeyinə “Millistatusu verilib.

 

 

Mədəniyyət.- 2020.- 3 iyul.- S.3.