Regional mədəniyyət idarələrindən xəbərlər

 

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən kitabxanalar tərəfindən səyyar kitabxana xidmətləri davam etdirilir.

 

Zərdab rayon MKS-nin 23 saylı Şahhüseynli kənd kitabxana filialının müdiri Ummahanu Alızadə uşaqlara evdə kitabxana xidməti göstərib. O, eyni zamanda uşaqlarla vətənpərvərlik ruhunda yazılan şeir nümunələrinin ucadan oxusunu təşkil edib.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “Mədəniyyətimizi yaşadaq” və “Mədəniyyət birlikdir” layihələri davam edir. Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin dirijoru və “Səbuhi” xalq çalğı alətləri ansamblının solisti, müğənni Zabil Məmmədov layihələr çərçivəsində növbəti onlayn solo konsertlə çıxış edib. “Facebook” səhifəsində yayımlanan konsertdə izləyicilərə xalq mahnıları və muğamlardan ibarət musiqi çələngi təqdim olunub.

 

Şəki şəhər Uşaq incəsənət məktəbinin Xalq çalğı alətləri şöbəsinin kamança ixtisası üzrə IV sinif şagirdi Abid Çələbiyev Türkiyədə keçirilən “Evdə sənət varonlayn musiqi festivalında iştirak edib. O, müsabiqədə uğurlu çıxışına görə həvəsləndirici mükafata layiq görülüb. Həmin məktəbin Fortepiano şöbəsinin II sinif şagirdi Firuzə Çələbiyeva isə müsabiqənin sertifikatı ilə mükafatlandırılıb.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzində iclas keçirilib. Tədbir Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməklə gerçəkləşib.

 

Direktor Gülbəs Məmmədova mərkəzin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində karantin dövründə görülmüş işlərdən danışıb, mövcud vəziyyətdə sanitar-epidemioloji tələblərə əməl edilməsinin əhəmiyyətini vurğulayıb.

 

Sonra Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının işinin təşkili məsələsinə baxılıb. Xalq teatrının baş rejissoru Mehman Quliyevin kollektiv barədə məlumatı dinlənilib. Xalq teatrında yeni tamaşaların hazırlanması ilə bağlı tapşırıq verilib.

 

Regional idarənin tabeliyindəki Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyinə məktəblilərin ekskursiyası təşkil olunub. Xüsusi karantin qaydalarına, sanitar-epidemioloji tələblərə əməl edilməklə gerçəkləşən ziyarətdə muzeyin əməkdaşı məktəblilərə mədəniyyət ocağı haqqında ətraflı məlumat verib, onları ekspozisiya ilə tanış edib.

 

***

 

İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi İsmayıllı rayon mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə növbəti videokonfrans təşkil olunub. Çıxışlarda dünyanın üzləşdiyi koronavirus pandemiyası ilə bağlı ölkəmizdə görülən işlərdən bəhs olunub.

 

Regional idarənin əhatə etdiyi Şamaxı rayonundakı “İncə tellər” aşıqlar ansamblı “Facebooksosial şəbəkəsi vasitəsilə canlı konsert proqramı ilə çıxış edib. Ansamblın ifasında səslənən xalq musiqiləri, bəstəkar mahnıları izləyicilərə xoş əhval-ruhiyyə bəxş edib.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) görkəmli yazıçı-dramaturq, dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinə həsr edilmiş onlayn konfrans keçirib.

 

Rayon Mərkəzi kitabxanasının direktoru Solmaz Nağıyeva tədbiri açaraq Prezident İlham Əliyevin N.Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzaladığını bildirib. Qeyd edib ki, Nərimanov yazıçı, dramaturq, publisistmaarifçi kimi Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarlademokratik fikirlərlə zənginləşməsində böyük rol oynayıb.

 

Kitabxananın əməkdaşı G.Qədiməliyeva, Düzqışlaq, Tatlı, Həsənsu kənd kitabxana filiallarının müdirləri S.Niyazlı, G.Əliyeva və A.Hüseynova ədibin həyat və yaradıcılığı haqqında söz açıblar.

 

Ölkəmizdə 2020-ci ilin “Könüllülər ilielan edilməsi haqqında Prezident İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, bu istiqamətdə fəaliyyət diqqətdə saxlanılır. Xüsusi karantin günlərində bölgələrdəki mədəniyyət müəssisələrinin könüllüləri də aktivlik göstərirlər.

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayon Heydər Əliyev Mərkəzində könüllülük fəaliyyətini uğurla başa vurduğuna görə bir qrup gəncə sertifikatlar təqdim edilib. Təqdimat mərasimi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi sanitar-epidemioloji tələblərə uyğun şəkildə keçirilib.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2020.- 3 iyul.- S.4.