Bir udum havaya möhtac olmamaq üçün...”

 

Bəzi insanların pandemiyaya şübhə ilə yanaşması, sosial şəbəkələrdə zərərli fikirlər paylaşması, bəzilərinin isə məsuliyyətsiz davranışları haqlı olaraq cəmiyyətdə narahatlıq doğurur. Ona görə karantin rejiminə ciddi riayət olunması, lazım gələrsə, daha sərt tədbirlər görülməsi olduqca vacibdir.

 

Altı aydan çoxdur informasiya gündəmində aparıcı yer tutan koronavirus infeksiyası dünyanı dəyişib, həyatımıza yeni çalarlar gətirib. Daha əvvəlki kimi səhərlər işə, axşamlar evə, asudə vaxtlarımızda qohum-qardaşla, dost-tanışla görüşə tələsmirik. Hamı mümkün qədər evə qapanıb, küçəyə-bacaya çıxanda da əvvəlki kimi arxayın, sərbəst hərəkət etmir. Xüsusən ictimai yerlərdə hər addımımıza fikir verməli, hər hərəkətimizi ölçüb-biçməliyik, çünki həm özümüzün, həm ətrafımızda olanların həyat sağlamlığı bundan asılıdır”.

 

Bu sözləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü Fərhad Bədəlbəyli deyib.

 

Xalq artisti bildirib ki, belə bir vəziyyətdə, bir an da olsa, sayıqlığımızı itirməməli, vətəndaş məsuliyyətini unutmamalıyıq: “Mən dünyada nəfəs almaq üçün tıncıxan insan iztirabından böyük əziyyət tanımıram. Vay o gündən ki, bir udum ciyərdolusu havaya həsrət qalasan, nəfəs almaq üçün o dünyanı görüb gələsən. Koronavirus infeksiyası bəşəriyyəti bax bu cür çətin imtahana çəkib. Nəfəs həyat deməkdir, onun kəsildiyi anda ömür bitir. Bizə həyat verən bir udum havanın, nəfəsin kəsilməməsi üçün yeganə çıxış yolu qaydalara riayət etmək ona uyğun yaşamaqdan ibarətdir. Gəlin biz elə edək ki, bu bəladan mümkün qədər az itkilərlə çıxaq”.

 

Fərhad Bədəlbəyli deyib: “Ataların da gözəl bir sözü var: özünə rəva bilmədiyini başqalarına məsləhət görmə! Mən özüm bu qaydalarla yaşayıram. Ətrafımda olanların da hamısını buna çağırıram. Hələ mən bu həyatın gözəlliklərindən, övladlarımdan, nəvələrimlə əylənməkdən, onların nazı ilə oynamaqdan doymamışam. Yaşamaq istəyirsənsə, həyatın davamını arzu edirsənsə, pandemiya qaydalarını gözləməli onun şərtlərinə əmə etməlisən. Məndavamdeyirəm həyatsevərləri buna çağırıram”.

 

***

 

Bu gün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı hamı birlikdə mübarizə aparmalıdır. Təəssüflər olsun ki, görülən tədbirlərə, göstərilən səylərə baxmayaraq, virusa yoluxan ölənlərin sayı günbəgün artmaqdadır. Azərbaycanda COVİD-19-a qarşı zəruri addımlar atılıb. İnfeksiyanın yayılmasının qarşısının alınması sahəsində çox böyük işlər görülüb. Sözsüz ki, bu sahədə hər kəsin vətəndaş məsuliyyəti xüsusi əhəmiyyət daşıyır.

 

Bu fikirləri isə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi deyib.

 

Mütəxəssislər qapalı yerlərdə, hətta açıq sahələrdə maskadan istifadənin təhlükədən qorunmaqda müstəsna rol oynadığını dönə-dönə vurğulayırlar. Azərbaycanda da epidemiya əleyhinə, sanitariya-gigiyena karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına görə cərimələr müəyyənləşdirilib. Əlbəttə, bütün bunlar insanların sağlamlığı, onların həyatının qorunması məqsədilə edilib. Təəssüf ki, ətrafımızda olanlar arasında hələ bu bəşəri təhlükəni onun faciəli nəticələrini anlamayanlar var. Biz bəşəri təhlükəyə laqeyd münasibət bəsləyənlərə, vətəndaş məsuliyyətini dərk etməyənlərə qarşı kəskin olmalı, onları ictimai qınağın hədəfinə çevirməliyik” – deyə o əlavə edib.

 

Xalq artisti bildirib ki, pandemiya dövründə dünyanın nizamı pozulub: “Hamı əvvəlki qaynar həyatı yaşamaq, dünyanın gözəlliklərindən zövq almaq istəyir. Hesab edirəm ki, pandemiyanın həyatımıza gətirdiyi bu süstlük uzun müddət davam edə bilməz. Lakin bundan da böyük fəsadların olmaması üçün qoyulan qaydaqanunlara əməl etməliyik”.

 

Mədəniyyət.- 2020.- 3 iyul.- S.2.