145 il əvvəl səpilən
toxum
Milli mətbuatın yubileyi
münasibətilə poçt markası
buraxılıb
Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” müvafiq sərəncamının icrasını təmin etmək məqsədilə təsdiq olunmuş Tədbirlər Planı əsasında poçt markası dövriyyəyə buraxılıb.
Poçt markası milli mətbuatın yubileyi münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərmarka” MMC tərəfindən hazırlanıb.
Nazirlikdən verilən məlumata görə, markanın üzərində simvolik olaraq zəmidə toxum səpə-səpə gedən əkinçi təsvir olunub. “Zəmi” üzərində böyük mààrifçi, nàşir Həsən bəy Zərdàbiyə məxsus sitatdan bir hissə yerləşdirilib.
Poçt markasının əsas ideyası milli mətbuatımızın inkişaf toxumunun hələ 145 il əvvəl Həsən bəy Zərdabi tərəfindən səpilməsini göstərmək, Azərbaycan mətbuatının banisinə diqqəti cəlb etməklə bu tarixi yaşatmaq, gələcək nəsillərə ötürməkdir.
“Azərmarka”nın baş
rəssamı Vüqar Əyyubov tərəfindən
hazırlanmış marka 5 000 ədəd
tirajla Belarusun “Bobruisk İntegrated Printing House” mətbəəsində
çap olunub.
Mədəniyyət.- 2020.- 24 iyul.-
S.6.