Azərbaycan Bəstəkarlar İttifaqı pandemiya dövründə

 

 

2020-ci ilin mart ayından, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində də baş verən dəyişikliklər – koronavirusla mübarizə, insanların qorunması məqsədilə həyata keçirilən ciddi karantin rejimi həyatımızın yeni bir şəraitdə davamını şərtləndirdi. Pandemiya dövründə Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri “Evdə qal – evdə yarat!” devizinə əsaslanaraq öz yaradıcılığını davam etdirib. Onu da deyək ki, bu dövr bəstəkar və musiqişünaslarımız üçün səmərəli olub.

 

2020-ci ilin aprel ayında Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş  ən yaxşı mahnı müsabiqəsi elan olunmuşdu. Onlayn şəkildə keçirilən müsabiqənin münsiflər heyəti (sədr – Xalq artisti, professor Firəngiz Əlizadə, bəstəkarlar Cəlal Abbasov, Elnarə Dadaşova, Gövhər Həsənzadə, musiqişünas Həcər Babayeva,  koordinator Lətifəxanım Əliyeva) elektron poçt vasitəsilə göndərilən 30-a yaxın mahnını (not və səs yazısı) nəzərdən keçirdi. Bir cəhəti də qeyd etmək lazımdır ki, mahnıların səs yazısı bəstəkarlar tərəfindən ev şəraitində, öz qüvvələri ilə həyata keçirilmişdi. Mahnılar müxtəlif üslublu olmasına baxmayaraq, hər biri vətənpərvərlik ruhunda yazılmışdı və bu da qoyulan mövzuya tam cavab verirdi.

 

Münsiflər heyətinin qərarı ilə bəstəkarlar Tural Məmmədli I yerə, İlahə İsrafilova və Lalə Cəfərova II yerə, Fərid Fətullayev və Nərminə Nağıyeva III yerə layiq görüldülər. Sevinc Əliyeva, Yalçın Məlikov və Ağa Əliyev Azərbaycan Bəstəkarlar İttifaqının Fəxri diplomları ilə təltif olundular.

 

Müsabiqənin laureatlarını çətin şəraitdə yaradıcılıq əzmi göstərərək bəstələdikləri vətənpərvərlik ruhlu mahnılara görə təbrik edirikümid edirik ki, biz tezliklə onları müğənni və musiqi kollektivlərimizin ifasında dinləyəcəyik. Bu mahnılar bizim qəhrəmanlıq tariximizi tərənnüm edərək insanlara qürurmübarizlik aşılayacaq.

 

Karantin dövründə Azərbaycan Bəstəkarlar İttifaqı digər layihələrini də həyata keçirir. Bu baxımdan “Azərbaycan bəstəkarları və musiqişünasları” seriyasından elmi-publisistik səpkili kitabçaların yazılmasını qeyd etməliyik. Bəstəkar və musiqişünaslarımızın yaradıcılıq portretini diqqətə çatdıran layihə üzrə ötən müddətdə çap olunmuş broşürlər musiqi ictimaiyyətinə təqdim olunaraq rəğbətlə qarşılanıb. Bu səpkidə kitabçaların nəşri musiqi mədəniyyətimizin geniş təbliği üçün çox vacibdir. Pandemiya dövründə də musiqişünaslarımız layihə çərçivəsində bir sıra broşürlər hazırlamışlar.

 

Bununla yanaşı, musiqişünaslarımız tərəfindən məqalələr yazılaraq, dövri mətbuatda və elmi jurnallarda çap olunub. Bu, bir daha təsdiq edir ki, karantin rejimi yaradıcı insanların fəaliyyətinə əngəl olmayıb.

 

Bu sözləri bəstəkarlarımız üçün də deyə bilərik, çünki onların da yaradıcılığı evdə davam edir. Mövcud şərait onlara maraqlı mövzular tapmağa, yeni layihələr üzərində düşünməyə imkan verir. Bəstəkarların yeni yaranan əsərlərindən Azər DadaşovunSimfonik poema”sını, Firəngiz Əlizadənin simfonik orkestr üçünKosmoqoniya” əsərini, Vüqar Camalzadənin “Dədə Qorqudbaletini, Ceyhun AllahverdiyevinTac Mahalbaletini qeyd edə bilərik. Son vaxtlar yaranmış nümunələrə Nazim Quliyevin Azərbaycan xalq çalğı alətləri orkestri üçün pyeslərini, Rəna Qədimovanın ansambl üçünPrelüd”, xorsimfonik orkestr üçün “Səfərbər olaq” əsərlərini, Tural Məmmədlinin fortepiano pyeslərini, Aygün Səmədzadənin, Nailə Mirməmmədlinin, Pikə Axundovanın mahnılarını və yaradıcılıq prosesində olan bir sıra əsərləri də əlavə edə bilərik. Digər bəstəkarlar da fəal yaradıcılıq prosesini davam etdirirlər.

 

Bəstəkarlar İttifaqı respublikanın musiqi həyatında öz tədbirləri ilə həmişə fəal surətdə iştirak edən bir təşkilatdır. Mütəmadi olaraq müxtəlif mövzulu konsertlərin, konfransların, təqdimat mərasimlərinin keçirilməsi bu qəbildəndir.

 

2020-ci ilin birinci yarısında planlaşdırılmış tədbirlərin bir qismi həyata keçirilsə də, təəssüf ki, bəzi tədbirlər təxirə düşdü. Görkəmli bəstəkarımız Əşrəf Abbasovun 100 illiyi ilə bağlı yubiley tədbirləri – Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında “Qaraca qız” baletinin tamaşası, Azərbaycan Dövlət Akademik Filarmoniyasında simfonik konsert,  Bəstəkarlar İttifaqında kamera konsertikonfrans nəzərdə tutulmuşdu. Həmçinin, musiqişünaslar Kamilə Dadaşzadənin 60 illiyi, Səadət Təhmirazqızının 50 illiyi və onların müəllifi olduqları nəşrlərin təqdimat mərasimləri karantin səbəbindən ertələndi. Lakin ümid edirik ki, bu tədbirləri yeni mövsümdə həyata keçirəcəyik.

 

Sonda yaşadığımız bu çətin vəziyyətdə xalqımıza qüvvətli olmağı arzulayırıq və inanırıq ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə biz bütün qüvvələrimizi səfərbər edərək pandemiyaya qalib gələcəyik.

 

Cəmilə HƏSƏNOVA

Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq üzrə elmlər doktoru, professor

 

 

Mədəniyyət.-2020.-  1 iyul.- S.5.