Videokonfransda Azərbaycandakı könüllülər hərəkatından bəhs olunub

 

 

İspaniyanın Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fondunun (FESEİ) təşəbbüsü ilə COVİD-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanın beynəlxalq əməkdaşlığa töhfəsi və könüllülərin bu prosesdə yaxından iştirakı mövzularında videokonfrans təşkil olunub.

 

Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov videokonfransda çıxış edərək ölkəmizdə geniş vüsət almış könüllülük hərəkatı barədə məlumat verib, 2020-ci ilin respublikamızda “Könüllülər ilielan olunduğunu diqqətə çatdırıb.

 

Bildirilib ki, Azərbaycan MDB dövlətləri arasında könüllülərin fəaliyyəti ilə bağlı qanun qəbul edən ilk ölkələrdən biri olub. 2009-cu ildə belə bir qanunun qəbulu Azərbaycanda könüllülərin təşkilatlanmasına əsas yaradıb. Diqqətə çatdırılıb ki, Azərbaycan könüllülərinin Bakı şəhərində təşkil olunmuş Avroviziya Mahnı Müsabiqəsi (2012), ilk Avropa Oyunları (2015), IV İslam Həmrəyliyi Oyunları (2017), Formula 1 yarışları və digər irimiqyaslı tədbirlərdə yaxından iştirak etmələri onların gələcək uğurlu fəaliyyətlərinə zəmin yaradıb. Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin Azərbaycanda “Könüllülər ilielan edilməsi ilə könüllülük hərəkatı öz inkişafının yeni mərhələsinə qədəm qoyub.

 

Səfir A.Məhərrəmov COVİD-19 pandemiyası dövründə ölkəmizdə həyata keçirilən tədbirlərdən də ətraflı bəhs edib. Diqqətə çatdırılıb ki, koronavirusa qarşı regionalqlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə önəmli tədbirlər – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında zirvə görüşləri keçirilib.

 

İspaniyanın da pandemiyadan əziyyət çəkən ölkələrdən biri olduğunu bildirən A.Məhərrəmov Azərbaycanın dost ispan xalqına dəstək nümayiş etdirdiyini, bunun bariz nümunəsi kimi aprel ayında Heydər Əliyev Mərkəzinin üzərində COVİD-19 pandemiyası ilə mübarizədə həmrəyliyin rəmzi kimi İspaniya bayrağının ispan musiqisinin sədaları altında videoproyeksiya oldunduğunu diqqətə çatdırıb.

 

Mədəniyyət.-2020.-  1 iyul.- S.3.