Sehrbazlar dərəsi” alman dilində

 

 

Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Almaniyada çap olunub. Türkoloq Herman Kielin tərcüməsində işıq üzü görən romanın redaktoru Almaniyada yaşayan soydaşımız, yazıçı-araşdırmaçı Orxan Arasdır.

 

Alman naşirlər romanı “Şərqin sirləri Kamal Abdullanın zəngin dili və özünəxas fəlsəfi izah tərziylə Qərb oxucusunu əfsunlamağa davam edəcəkdir” təqdimatı ilə oxucuların ixtiyarına veriblər. Kitabın redaktoru Orxan Aras isə “Sehrbazlar dərəsi”nin təqdimatını belə verib: “Hər səhifəsində, hər sətrində bizim keçmişimizdən və ruhumuzda gizli qalan düşüncələrdən səs, ahəng və fikir olan belə bir romanın almanca nəşri ədəbiyyatımıza yeni bir zənginlik qatacaqdır”.

 

İlk dəfə 2006-cı ildə oxuculara təqdim olunan roman ötən müddətdə Türkiyə, Rusiya, Litva, Qazaxıstan, Fransa, Yaponiya, İran, ABŞ, İtaliya və Rumıniyada çap olunub. Almaniya romanın çap olunduğu 11-ci ölkədir.

 

Mədəniyyət.-2020.-  1 iyul.- S.7.