Abbasqulu ağa
Bakıxanovun Təbrizdə aşkarlanan qəzəli
Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəxri oxucusu, Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyinin doktorantı, Abbasqulu ağa Bakıxanovun (Qüdsi) ədəbi irsini ərəb, fars və türk dillərində olan mənbələr əsasında öyrənən təbrizli tədqiqatçı-alim Hədyə Zəhra Əhmədi hazırladığı videoçarxı kitabxanaya təqdim edib.
Tədqiqatçı videoçarxda Bakıxanovun Təbriz kitabxanasında aşkarlanan Azərbaycan dilində qəzəlinin ilk dəfə təqdim olunduğunu bildirib. Qəzəl həm də gözəl bədii qiraət ustası olan alimin öz ifasında səslənir.
Kitabxanada keçirilən görüşlərin birində alim bildirmişdi ki, Qüdsinin poetik irsini araşdıran zaman o, Təbrizdə və Tehranda şairin əsərlərinin 5000 beytdən çox iki əlyazmasını aşkar edib.
Mədəniyyət.- 2020.- 9 iyul.-
S.4.