Fətəli xan Xoyski
və Stanislav Patek
100 illik
tarixə həsr olunmuş poçt markasında
Polşa Poçtunun (Poczta Polska) qərargah binasında Polşa ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının
100 illiyinə həsr
edilmiş xüsusi poçt markalarının
təqdimatı olub.
AZƏRTAC
xəbər verir ki, xüsusi poçt markasının üzərində həmin
dövrdə Polşanın
Xarici İşlər
naziri olmuş Stanislav Patekin və Azərbaycanın Xarici İşlər naziri olan Fətəli
xan Xoyskinin şəkli, həmçinin
Azərbaycanın və
Polşanın dövlət
gerbləri həkk edilib.
Xüsusi poçt markalarının
təqdimatı zamanı
Azərbaycanın Polşadakı
səfiri Həsən
Həsənov çıxış
edərək iki ölkə arasındakı
qədim tarixə dayanan münasibətlərdən
danışıb.
Polşa Poçtunun vitse-prezidenti Ancey Bocionı isə öz çıxışında ərsəyə
gətirdikləri xüsusi
poçt markalarının
iki ölkənin tarixinin bir hissəsi
olduğuna görə
qürur hissi duyduqlarını söyləyib.
Xüsusi poçt
markaları Polşa ərazisində 180 min tirajla dövriyyəyə
buraxıIıb.
Mədəniyyət.- 2020.- 9 iyul.-
S.8.