Milli Kitabxananın pandemiya
dövründə fəaliyyətindən bəhs edilib
Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyasının (İFLA) biblioqrafiya bölməsinin “İFLA Metadata Newsletter” 2020-ci il iyun buraxılışında Azərbaycan Milli Kitabxanasının COVİD-19 pandemiyası dövründə fəaliyyəti haqqında məqalə verilib.
Məqalədə koronavirus pandemiyası dövründə, xüsusi karantin rejimində
Azərbaycan Milli Kitabxanasında kitabxana-informasiya xidmətinin onlayn
rejimdə təşkilindən, metodik fəaliyyətindən,
MDB ölkələrinin və bir sıra dünya ölkələrinin Milli
Kitabxanalarının iştirakı ilə keçirilən
beynəlxalq kitabxana telekonfranslarında Azərbaycan
Milli Kitabxanasının iştirakından
və istifadəçilərin informasiya
tələbatının ödənilməsi məqsədilə
həyata keçirdiyi elektron
layihələrdən bəhs edilir.
Mədəniyyət.- 2020.- 9 iyul.-
S.3.