“Milli birlik
və bərabərlik”
Ankarada təşkil olunan
onlayn sərgiyə heykəltəraş və
rəssamlarımız da qatılıb
Türkiyənin Ankara Hacı Bayram Vəli Universiteti və qalereyası tərəfindən “Milli birlik və bərabərlik” mövzusunda beynəlxalq sərgi təşkil olunub.
Türkiyədə 2016-cı ilin 15 iyul hadisələrinə (dövlət çevrilişi cəhdi) həsr olunan və artıq dördüncü dəfə keçirilən sərgi təsviri sənətin fərqli istiqamətlərini və üslublarını əhatə edir.
Bu dəfə onlayn formatda təşkil olunan sərgiyə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsinin müəllimləri də xüsusi qonaq kimi qatılıb.
Sərgidə universitetin müəllimləri – Xalq rəssamı Xanlar Əhmədovun “Keşikçi”, Mirazər Abdullayevin “Zəfər günü”, Fəxrəddin Qəhrəmanlının “Çağırış”, Vüqar Əlinin “Yuiçil”, Elşən Hacızadənin “Nisgilli həyat” əsərləri təqdim edilib. Heykəltəraş və rəssamlarımızın bədii interpretasiyaları mövzunu fərqli rakurslardan izləməyə imkan verir.
Onlayn sərgi iyulun 30-dək davam edəcək.
Mədəniyyət.- 2020.- 17 iyul.-
S.41.