“Azərbaycan XX əsrin əvvəllərində:
müstəqilliyə aparan yol”
Professor Dilarə
Seyidzadənin kitabı
türk dilində nəşr edilib
Tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin ulu öndər Heydər Əliyevin parlaq xatirəsinə həsr etdiyi “Azərbaycan XX əsrin əvvəllərində:
müstəqilliyə aparan
yol” kitabı Türkiyədə (“XX. Yüzyıl başında Azerbaycan: bağımsızlığa uzanan
yol”) çapdan çıxıb. Daha əvvəl
Azərbaycan, rus və ingilis dillərində nəşr
edilmiş kitabın türk dilində buraxılması Türkiyənin
elmi dairələrinin,
türk tarixçiləri
və tədqiqatçılarının
XX əsrin əvvəllərindən
başlayaraq Azərbaycanda
baş verən proseslərə böyük
marağından irəli
gəlib.
Kitabda XX əsrin
əvvəllərində ölkədə
cərəyan edən
ictimai-siyasi proseslərin
geniş mənzərəsi
öz əksini tapıb və mükəmməl təhlil
olunub.
Ötən əsrin əvvəllərində
islahatlardan sonrakı çar Rusiyasında baş verən əsaslı ictimai-siyasi və iqtisadi dəyişikliklər məcrasında
Azərbaycanda sahibkarların
görkəmli nümayəndələri,
ziyalılar mövcud imkanlardan istifadə edərək xalqın milli mənlik şüurunun oyanması,
maariflənməsi, siyasi
mədəniyyət səviyyəsinin
yüksəlməsi üçün
çalışıblar.
Kitabda ilk dəfə
olaraq Rusiya Dövlət Dumasına Azərbaycandan seçilmiş
deputatların fəaliyyəti
nəzərdən keçirilir,
onların duma tribunasından çıxışları
təhlil olunur. Ön sözdə qeyd olunur ki, Rusiya
Dövlət Dumasındakı
fəaliyyət prosesində
Azərbaycan deputatlarının
topladıqları təcrübə
gələcəkdə onlara
cəmiyyətin bütün
mütərəqqi qüvvələrinin
səylərini birləşdirərək
Azərbaycan Xalq Cümhuriyyətini yaratmağa,
milli hökumətin rəhbər orqanlarına
başçılıq etməyə
və müstəqil dövlətçiliyin yaradılmasına
başlamağa imkan verdi. Ulu öndər
Heydər Əliyev Cümhuriyyət qurucularının
xidmətlərini yüksək
qiymətləndirərək deyib: “Onların gördüyü işlər
Azərbaycan xalqının
bu günü üçün çox böyük əhəmiyyət
kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə
əziz olacaqdır.
Onların xatirəsi bizim
qəlbimizdə daim yaşayacaqdır”.
Kitabın müəllifi bu qənaətə gəlir
ki, Cümhuriyyətin
yaranması XX əsrin
əvvəllərində Azərbaycan
xalqının azadlıq
və müstəqillik
uğrunda apardığı
mübarizənin qanunauyğun
yekunu kimi qiymətləndirilməlidir.
Tarixçi alim əsərin
“Sözardı” hissəsini
Prezident İlham Əliyevin 2018-ci ildə
IV Qlobal Bakı Forumunda söylədiyi nitqindəki bu fikirlə yekunlaşdırıb:
“Bugünkü Azərbaycanın
inkişafında Azərbaycan
Xalq Cümhuriyyətinin
rolu olduqca böyük olmuşdur. Eyni zamanda biz bu gün onların
100 il bundan
əvvəl qəbul etdiyi qərarlarla da fəxr edirik.
Təəssüf ki, Azərbaycan
Xalq Cümhuriyyətinin ömrü
iki ildən bir az qısa olub və
respublikanın faciəvi süqutu
hamımız üçün dərs olub. Həqiqi müstəqilliyin qorunub saxlanılması onu
əldə etməkdən çox çətindir.
Bugünkü Azərbaycan tam
mənada müstəqil dövlətdir. O dövlət ki, gələcəklə bağlı
aydın baxışa malikdir. Hesab edirəm ki, Azərbaycan
Xalq Cümhuriyyətinin qurucuları müasir Azərbaycanın
inkişafının şahidi ola bilsəydilər, bizimlə fəxr edərdilər”.
Mədəniyyət.- 2020.- 17 iyul.-
S.6.