Gənc yazıçının hekayələr kitabı Türkiyədə çap olunub

 

 

Türkiyədə gənc yazıçı, jurnalist Mirmehdi AğaoğlununHer şey oğlum için” adlı hekayələr kitabı çap olunub.

 

Nəşr Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində ərsəyə gəlib.

 

Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi hekayələr Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla çap edilib.

 

Qeyd edək ki, “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində “Azərbaycan ədəbiyyatı – gənclik seriyası” silsiləsindən istedadlı gənc şair və yazıçıların Türkiyədə tanıdılması işi davam etdirilir.

 

Mədəniyyət.- 2020.- 17 iyul.- S.7.