Qocaman jurnalist Teymur Əhmədovun 90 illiyi qeyd olunub
İyulun 20-də Azərbaycan Mətbuat Şurasının təşəbbüsü
ilə qocaman jurnalist, “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədovun 90 illik yubileyi videokonfrans şəklində qeyd edilib.
Videokonfransda “XX-XXI əsrlərin qovşağında
milli mətbuatın çətin və şərəfli mübarizəsi. Teymur Əhmədovun
jurnalistlik fəaliyyətinə
bir nəzər” kitabının onlayn təqdimatı keçirilib.
Baş redaktorun 90 illik yubileyinə həsr olunmuş toplantıda Mətbuat Şurası İdarə heyətinin üzvləri, kütləvi
informasiya vasitələrinin
təmsilçiləri, ictimaiyyət
nümayəndələri və
ziyalılar iştirak
ediblər.
MŞ sədri Əflatun
Amaşov “Respublika” qəzetinin baş redaktoru T.Əhmədovun mətbuat sahəsində,
eləcə də ictimai fikir tariximizin,
ədəbi irsimizin öyrənilməsi və
təbliği istiqamətində
uzun illər davam edən fəaliyyətindən söz
açıb.
Yubiley münasibətilə nəşr
olunmuş kitabın
müəllifi, yazıçı-publisist,
filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir T.Əhmədovu mətbuat
fədaisi kimi xarakterizə edib.
Digər çıxış edənlər
də yubilyar haqqında ürək sözlərini bildiriblər.
Mədəniyyət.- 2020.- 9
sentyabr.- S.5.