İşğal altındakı abidələrə qarşı vandalizm faktları araşdırılıb

 

 

AMEA-nın Hüquqİnsan Haqları İnstitutu Ermənistanın işğalı altındakı ərazilərdəki tarix və mədəniyyət abidələrimizə qarşı vandalizm faktlarını araşdırıb.

 

İnstitutdan bildirilib ki, UNESCO-nun Azərbaycandakı nümayəndəliyi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə aparılan araşdırmanın nəticəsi olan “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı kitab Azərbaycan, ingilis, rus və fransız dillərində nəşr edilib. Həmçinin “Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki tarix və memarlıq abidələrinin kataloqu” Azərbaycan, ingilis, fransız və rus dillərində çap olunub.

 

Mədəniyyət.- 2020.- 22 iyul.- S.2.