O dərdli uşağın göz yaşı üçün...
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, Tovuz rayonu istiqamətində törətdiyi xain təxribat zamanı, sərhədlərimizin müdafiəsinin ön xəttində qəhrəmancasına həlak olan hərbçilərimizə və şəhid övladlarına ithaf olaraq şeir yazıb.
“O dərdli uşağın göz yaşı üçün...” adlı şeirdə bu itkidən doğan kədər hissləri, xalqımızın qələbə əzmi, işğal altındakı torpaqlarımızın azad olunacağına inamı ifadə edilir.
Bombalar səs-səsə veriblər
yenə,
Vətənin bağrından qan axır indi.
Düşmən gülləsinə tuş
olan əsgər,
Yaran qəlbin
qədər dərin,
dərindi.
Ağlayır bir ata itirmiş uşaq,
Ağlayır göylərdə Günəş
də bu gün.
Ellikcə savaşa hazırıq,
Vətən,
O dərdli uşağın
göz yaşı üçün.
Bir gün qayıdacaq yerinə hər şey,
Bir gün sevinəcək bu yurd, bu
ocaq...
Ancaq o atanın isti qucağı
Bir də o
uşağa açılmayacaq.
Elimiz qələbə sorağı
gözlər:
Gözləri yoldadı, qulağı səsdə.
Analar əlini qoyub and içir
Oğul itkisinin ağrısı üstə.
Gün gələr, o zəfər
xəbəri gələr,
Öpər igidlərin başdaşlarını.
Ata nisgiliylə qovrulan uşaq
Dəfn eylər gözündə
göz yaşlarını.
Tərcümə edən: Salam SARVAN
Mədəniyyət.- 2020.- 22 iyul.-
S.7.