“Vətənimizin ərazi bütövlüyü uğrunda ön sıralarda dayanmağa hazırıq”

 

Azərbaycandakı etnik icma rəhbərlərinin bəyanatı

 

Azərbaycan Respublikasındakı etnik icma rəhbərləri birgə bəyanat qəbul ediblər. Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən məlumat verilib.

 

Bəyanatda deyilir: Biz, təmsil etdiyimiz Azərbaycan xalqları adından Ermənistanın 2020-ci il iyul ayının 12-dən etibarən Azərbaycanın Tovuz bölgəsində törətdiyi hərbi təcavüz aktlarını, təxribatları qətiyyətlə pisləyir, onların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə qarşı yönəldilmiş çirkin fəaliyyət kimi dəyərləndiririk”.

 

Bəyanatda vurğulanır ki, münaqişənin əvvəllərində olduğu kimi, bu günmilli ordumuzun sıralarında Azərbaycanda yaşayan xalqların yüzlərlə nümayəndələri – əsgər və zabitlərimiz var: “Eləcə də bu gün müxtəlif xalqların övladları da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına səs verərək könüllü olaraq orduda xidmət etmək, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, torpaqlarımızı mənfur düşməndən təmizləmək istəyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət ediblər.  Azərbaycanda elə bir xalq yoxdur ki, bu müqəddəs amal uğrunda mübarizədə şəhid verməsin. Lakin biz şəhidləri etnik mənsubiyyətinə, dilinə, dininə görə ayırmırıq. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanların hər biri bizim üçün əzizdir, igid övladlarımız, qardaşlarımızdır və onların ruhu qarşısında ehtiramla baş əyirik”.

 

Bəyanatda qeyd olunur ki, Ermənistan dəfələrlə Azərbaycanda yaşayan xalqların içərisinə ədavət toxumu səpməyə, süni qarşıdurma yaratmağa çalışıb, lakin öz mənfur niyyətinə nail ola bilməyib. Əksinə, onların çirkin təxribatları, dinc əhaliyə qarşı törətdikləri cinayətlər, döyüş bölgələrində verdiyimiz şəhidlər bizim sıralarımızı daha da genişləndirir, işğalçı düşmənə nifrət hissini artırır, xalqlarımız arasında birlik, qardaşlıq tellərini daha da sarsılmaz edir.

 

Biz onu da yaxşı bilirik ki, tarixi Azərbaycan əraziləri olan indiki Ermənistan Respublikasında müxtəlif xalqların nümayəndələri yaşayıblar. Lakin Ermənistanda dövlət siyasəti səviyyəsində yürüdülən faşizm, etnik təmizləmə, millətçilik və etnofobiya nəticəsində bu ölkə rəsmi olaraq monoetnik dövlətə çevrilib, digər xalqların nümayəndələri açıq təhdid və təzyiq yolu ilə doğma yurdlarından didərgin salınıblar. Belə olan təqdirdə, Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsində özünü Azərbaycanda yaşayan xalqların «dostu və himayədarı» kimi təqdim etməsi heç bir mənəvi-əxlaqi normalara sığmır, bu fəaliyyətin arxasında çirkin məqsədlərin dayanmasını açıq şəkildə göstərir”, – deyə bəyanatda vurğulanır.

 

Bəyanatda diqqətə çatdırılır ki, Vətənimiz Azərbaycanın ən böyük sərvəti onun etnik müxtəlifliyi, burada yaşayan bütün xalqların tarixi birliyi və qardaşlığıdır. Ölkəmizdə indiyədək etnikdini zəmində qarşıdumaların baş verməməsi düşmənlərimizi qıcıqlandırmaqla yanaşı, bizim mənəvi birliyimizin, Azərbaycan Respublikasının yürütdüyü milli siyasətin parlaq təzahürüdür: “Biz yekdilliklə bəyan edirik: Ermənistan və onun havadarları yaxşı bilməlidirlər ki, Azərbaycan bizim doğma Vətənimizdir. Onun hər qarış torpağı bizim üçün müqəddəs və əzizdir. Əminliklə deyirik, biz azərbaycanlılar – etnikdini kimliyindən asılı olmayaraq Azərbaycanın bütün xalqları Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda mübarizənin ön sıralarında bu gün də və hər zaman dayanmağa hazırıq! Bizim birliyimiz, Vətən sevgimiz, ona sədaqətimiz sarsılmazdır!”.

 

Bəyanatı imzalayıblar: İmamverdi Həmidov – Talış Mədəniyyət Mərkəzi, Mixail Zabelin – Azərbaycanda Rus İcması, Məhəmməd Nooyev – Azərbaycan-Avar İcması İctimai Birliyi,  Milix Yevdayev – Bakı Dağ Yəhudiləri Dini İcması, Elman Əhmədov – “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi, Robert Mobili – Azərbaycan Respublikasının Alban-Udi Xristian  Dini İcması, Əhməde Həpo – Azərbaycan Kürd icmasının ağsaqqalı, İmran Rzayev – “Samur” Ləzgi Milli Mərkəzi, Aleksandr ŞarovskiAvropa Yəhudilərinin Bakı Dini İcması, Rafiq Abdullayev – “Buduq” Xeyriyyə Cəmiyyəti, Gülcan Miəsautova – “Tuqan telTatar Mədəniyyəti Cəmiyyəti, İsmayıl Rəhimov – Axısxa Türklərinin “Vətən” İctimai Birliyi,  Sevinc Bulacovaİngiloy icması adından, Rafael Qvaladze – Azərbaycanda yaşayan Gürcü icması adından, Yuri Osadçenko – Azərbaycan Ukrayna Konqresi İctimai Birliyi.

 

Mədəniyyət.- 2020.- 22 iyul.- S.4.