Valideyn himayəsindən məhrum uşaqlar üçün virtual tur
“İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
“İçərişəhər” Muzey Mərkəzi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi
Günü münasibətilə
muzeyləri və tarixi abidələri ziyarət etmək imkanı olmayan uşaqlar üçün
virtual tur təşkil
edib.
İdarədən bildirilib ki, “Ümid yeri” uşaq sığınacağının
sakinlərinə Bakının
incisi olan Qız qalası maraqlı virtual turla nümayiş olunub.
Uşaqlara “World Heritage
3D Scanning” proqramı vasitəsilə
Qız qalasına ilk dəfə virtual səyahət
imkanı yaradılıb,
abidə haqqında ətraflı məlumat verilib. Sonra İçərişəhərin
digər abidələri
haqqında canlı məruzə-ekskursiya təşkil
olunub.
Qeyd edək ki,
“World Heritage 3D Scanning” proqramı vasitəsilə İçərişəhərin
mədəni və tarixi irsinin
skan edilməsi “İçərişəhər”
Muzey Mərkəzinin təşəbbüsü
və Almaniyanın “EKÌ Global
Consulting GmbH” və
“3D Scanning Project”
şirkətlərinin birgə əməkdaşlığı
ilə həyata keçirilib.
Mədəniyyət.- 2020.- 3 iyun.-
S.3.