Mədəniyyət sosial-humanitar elmlərin aktual problemləri

 

 

Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin təşkilatçılığı, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), M.Lomonosov adına Moskva Dövlət Universitetinin AsiyaAfrika Ölkələri İnstitutununMuxtar Auezov adına Cənubi Qazaxıstan Dövlət Universitetinin dəstəyi ilə “Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfrans keçirilib.

 

Onlayn konfransda ölkəmiz də təmsil olunub. Tədbirə həmçinin ABŞ, Rusiya, İtaliya, Qazaxıstan və Tacikistandan alim və tələbələr qatılıb.

 

Videokonfransı Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şöhrət Siracəddinov açaraq pandemiya dövründə belə tədbirlərin keçirilməsinin vacibliyindən danışıb, qonşu dövlətlərin universitetləri arasında əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

 

AMM-in direktoru Samir Abbasov konfransın mövzusunun aktuallığından söz açıb, Mərkəzi Asiyada elmin və mədəniyyətin inkişafında Azərbaycan alimlərinin də mühüm rol oynadığını bildirib. Ölkələrimiz arasında münasibətlərin inkişafından danışan S.Abbasov Özbəkistanın Türk Şurasının tamhüquqlu üzvü olmasını türkdilli dövlətlər arasında münasibətlərin daha da genişlənməsi istiqamətində mühüm addım kimi qiymətləndirib.

 

Mövzu ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, professor Almaz Ülvi, Moskva Dövlət Universiteti AsiyaAfrika Ölkələri İnstitutunun direktor müavini Darya Jiqulskaya və digər alimlərin çıxışları da dinlənilib.

 

 

Mədəniyyət.- 2020.- 3 iyun.- S.3.