Asəf Zeynallının məzarı ilə
bağlı vəziyyət nəzarətə götürülüb
“Tanınmış Azərbaycan bəstəkarı Asəf Zeynallının məzarının baxımsız vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər bizdə ciddi narahatlıq yaradıb”.
Bu sözləri Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib (APA). O qeyd edib ki, məzarlıqların vəziyyəti, onların saxlanılması və durumu ilə digər aidiyyəti dövlət qurumları məşğuldur: “Buna baxmayaraq biz də müvafiq qurumlarla əlaqə saxlayaraq vəziyyətin tezliklə düzəldilməsinə çalışacağıq”.
Məsələ ilə
bağlı Azərbaycan Milli
Konservatoriyası nəzdində vaxtilə A.Zeynallının
adını daşıyan Musiqi Kollecinin direktoru Nazim Kazımov isə deyib
ki, Asəf Zeynallının məzarı
hər il bəstəkarın doğum və vəfat günlərində - aprelin 5-də və oktyabrın 27-də ziyarət
olunur və ətrafda təmizlik-abadlıq
işləri görülür. Bu il karantin
rejimi ilə əlaqədar aprelin 5-i məzarı ziyarət edə bilmədik,
onun üçün
də ot basıb. N.Kazımov bildirib ki, artıq məzarın
ətrafında təmizlənmə işi
aparılıb.
Mədəniyyət.- 2020.- 3 iyun.-
S.4.