Mədəniyyət müəssisələrinin əlamətdar günlərlə bağlı layihə və tədbirləri

 

Dövlətçilik tariximizin parlaq səhifəsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötdü. Hər il böyük coşqu ilə qarşıladığımız 28 MayRespublika Günü bu il koronavirusla bağlı tətbiq edilən karantin rejimi üzündən məhdud miqyasda və əsasən onlayn tədbirlərlə qeyd olundu.

 

***

 

Respublika GünüRamazan bayramı münasibətilə yaranmış qeyri-iş günlərində vətəndaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə bölgələrdə fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində və muzeylərdə də “açıq qapı” aksiyası keçirilib.

 

Şamaxı Rayon Tarix-Diyarşünaslıq Muzeyi də “açıq qapı” günlərində tamaşaçılar tərəfindən ziyarət olunub. Ziyarət zamanı sosial məsafə və sanitar-gigiyenik qaydalar, metodiki göstərişlər diqqətdə saxlanılıb.

 

***

 

Sabirabad rayon Mədəniyyət Mərkəzində Respublika Günü münasibətilə onlayn musiqili ədəbi-bədii proqram təqdim olunub. Mədəniyyət Mərkəzinin “Facebook” səhifəsi üzərindən canlı yayımlanan tədbirdə əvvəlcə himnimiz səsləndirilib.

 

Adil İsgəndərov adına Xalq teatrının rejissoru Seyidməmməd Əliyevin aparıcılığı ilə gerçəkləşən tədbirdə vətənsevərlik ruhunda şeirlər səslənib. Müğənnilər Şamil Ağayev, Sərxan Baxşıyev, Səməd Səmədov və Daşqın Mehdiyevin ifalarında dövlətçiliyi, vətənpərvərliyi əks etdirən mahnılar sosial şəbəkə izləyicilərinin könlünü oxşayıb.

 

***

 

Zaqatala rayon Heydər Əliyev Mərkəzində “28 May – Azərbaycan tarixinin şanlı səhifəsi” mövzusunda videokonfrans keçirilib. Konfransa qoşulan məktəblilərə xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş Xalq Cümhuriyyəti haqqında geniş məlumat verilib.

 

Bildirilib ki, 28 May tarixi hər bir azərbaycanlının milli qürur hissi duyduğu gündür. Bu tarixi gün hər bir Azərbaycan vətəndaşının yaddaşına əbədi həkk olunubheç bir zaman unudulmur.

 

Sonda şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

 

Zaqatala rayon Heydər Əliyev Mərkəzinin Respublika Günü münasibətilə elan etdiyi onlayn rəsm müsabiqəsinə də yekun vurulub. Müsabiqə iki yaş qrupu (5-12 və 13-18 yaş) üzrə keçirilib. Qaliblərin mükafatlandırılması karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq.

 

***

 

Masallı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzlərində Respublika Gününə həsr olunan konsert proqramları keçirilib.

 

Yardımlı rayon Mədəniyyət Mərkəzində təşkil olunan konsertdə solistlər Elxan Qəhrəmanoğlu, Rayət Nəcəfov və digərləri çıxış ediblər. Vətənpərvərlik ruhunda musiqilərin səsləndirildiyi konsert maraqla qarşılanıb.

 

Masallıda Nizami Gəncəvi adına rayon Mədəniyyət Mərkəzinin solistləri və instrumental musiqi ifaçılarının iştirakı ilə Respublika Gününə həsr olunan musiqili tədbir keçirilib. Yerli sənətçilər Atamoğlan Zahid, Miriş Hüseynov, Şamo İbayevRuslan Zahidov əlamətdar günü tərənnüm edən mahnıları ifa ediblər.

 

Cəlilabad rayon Mədəniyyət Mərkəzinin solistləri də Respublika Gününə öz musiqi töhfələrini veriblər. Mərkəzin musiqiçi kollektivinin müşayiət etdiyi konsertdə vətənpərvərlik ruhunda nəğmələr ifa olunub.

 

Hər üç konsert proqramı sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb və izləyicilərin marağına səbəb olub.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş onlayn tədbir keçirib. İdarənin rəisi Vüqar Qədirov uşaqları bayram münasibətilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” fikrini xatırladan idarə rəisi qeyd edib ki, ümummilli liderin uşaqlara, gənclərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir.

 

Səmimi ab-havada davam edən tədbirdə uşaqlar şeir və mahnılar oxuyaraq tədbir iştirakçılarına xoş anlar bəxş ediblər.

 

***

 

Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Xaçmaz rayon Heydər Əliyev Mərkəzi məktəblilər (8-17 yaş) arasında 15 İyunMilli Qurtuluş Gününə həsr olunmuş “Yaradıcılıq sərhəd tanımır” mövzusunda müsabiqə elan edib.

 

Müsabiqədə məktəblilər aşağıda göstərilən istiqamətlər üzrə iştirak edə bilərlər: dekorativ-tətbiqi sənət; təsviri sənət; ekologiya.

 

Məktəblilər 2-3 əl işini 10 iyun tarixinədək Heydər Əliyev Mərkəzinə təqdim edə və ya mərkəzin “Facebook” səhifəsinin mesaj bölməsinə göndərə bilərlər. Müsabiqənin nəticəsi 15 iyun tarixində açıqlanacaq.

 

N.MƏMMƏDLİ

 

Mədəniyyət.- 2020.- 3 iyun.- S.4.