Kuklaçının əbədiyyət səhnəsi

 

 

Yaradıcılıqla məşğul olan, özünü ifadə etməyi bacaran hər kəsin içində bir də görünmək arzusu olur. Siz buna tanınmaq deyin, mən tanıtmaq. Fərqi yoxdur, bu hiss insan olaraq hər birimizin içində var.

 

Aktyorlarda, həyatının çalarlarını səhnə adlı tabloda tapan ifaçılarda bu daha çoxdur. Yəqin bu da səhnənin ehtişam və ucalığının təzahürüdür. Hər halda, həyatı unudub canyandırdığı obrazların ömrünə köçən, bütün zahiribatini təsvir-ifadələrini qəhrəmanlarının dilindən çatdıran istedad və səhnə sevdalı aktyorların əsas qayəsi özünü tapdığını göstərmək, alqışlanmaq, sevilmək və sevildiyini hiss etdirməkdir.

 

O, bu bölgülərin hansına aid idi, bilmirəm. Çünki xasiyyətcə həlim, mehriban utancaq adam idi. mən sənətkaramiddiası ilə, giley-güzar dilində danışmazdı. Ən böyük səadəti , qazancı da, uğuru da onlarda tapardıkuklalarda. Təmənnasız, məsum sevgi dolu bir kuklaçı ömrü yaşadı. ömrü boyu arxasında olduğuşirma”dan bezdi, personajların dilində danışmaqdan. Çünki o, ömrü boyu ürəyinin ən dərin qatlarında nənnilər deyib, nağıllar söylədiyi böyümək istəməyən uşaqlığında idi. Özü qarşısındakı tələbkar balaca teatrallarla da o uşağın dilində danışırdı. Onlarla sevinib, onlarla gülür, onlarla heyrətlənirdi. Əsl kuklaçı məhz belə olmalı idi: mərhum Mansur Mansurov kimi. 75 yaşında da uşaq məsumluğunu qoruyan qoca...

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aparıcı aktyoru olmuş Əməkdar artist Mansur Mansurov uzun sürən xəstəlikdən sonra aprelin 22-də, 75 yaşında vəfat etdi. Koronavirusla bağlı tətbiq edilmiş xüsusi karantin rejimi günlərində sosial təcridin səssizliyində saytlarda özünə yurd eləmiş bu ağır xəbər aktyorun tamaşaçıları ilə vida səhnəsiydi elə bil. Həmin gün hələ onu səhnədə xatırlayan, özünün uşaqlığına qayıdan yüzlərlə tamaşaçı ölkəmizdə kuklaçılığın səhnə sənəti, aktyor məktəbinə çevrilməsinə özünəməxsus töhfələr verən daha bir qocaman aktyorun gedişinə sarsıldı, sızladı.

 

 

 

Səhnə üçün səhnədə

 

 

 

Heç vaxt obrazlar arasında fərq qoymayan Mansur Mansurov yeni kuklaçı aktyorlar yetişdirib, teatra gələn sənət sevdalı gənclərə bu işin sirlərini sevə-sevə öyrədib. Bu mənada hamının sevimlisi, dostu, sirdaşı olan aktyoru xatırlayan hər kəsin təyini təxminən eynidir: elə bil bu dünyanın adamı deyildi.

 

İlahi, dünyanın bu alaqaranlıq, solaxay adamlarla tıxanmış vaxtında belə olmaq qala bilmək qədər çətindir. Belə olmasaydı, sadə, mehriban, həlim baməzə sənət adamını təbəssümdə boğulan qəhərlə xatırlamazdılar.

 

Mansur müəllim həm özünə, həm tərəf-müqabillərinə qarşı tələbkar idi. Adi keçid səhnəciklərdə, epizodik rollarda, ümumi plan canlandırmalarında da eyni məsuliyyətlə davranar, sanki ilk dəfə səhnəyə çıxırmış kimi həyəcanlanardı. Klassik aktyor məktəbinin bəlkə ən üstün bu xüsusiyyəti onun da boyuna biçilmişdi.

 

Balaca tamaşaçıları Mansur Mansurovu daha çox Ə.SəmədlininCubbulunun çərpələngitamaşasında Div, A.ŞaiqinTıq-tıq xanım”ında Siçan bəy, R.ƏlizadəninDəcəl çəpişlər, belə-belə işlər”ində Cangüdən, “Bilqamıs əfsanəsitamaşasında İlan, Odlu, E.Quliyev A.ƏbilovunDədə Qorqud”unda Ağsaqqal, N.Zamanov M.MəmmədovunSəfərin nağılı”nda Rəmmal, N.QarnetinƏləddinin sehrli çırağıtamaşasında Cin onlarla rəngarəng obrazda tanıyıb seviblər. Səhnə plastikası, kukla ilə işləmə manevrləri obrazı hərəkətləndirmə ştrixlərindəki özünəməxsusluğu onun peşəkar aktyor keyfiyyətlərinin bariz nümunəsi idi.

 

 

 

İşini sevdinsə...

 

 

 

Teatrşünas, sənətşünaslıq doktoru, professor İlham Rəhimli sənətkar haqqında deyir: “Mansur Mansurov güclü səhnə plastikasına, açıq səhnədə kuklalarla davranmaq məharətinə səslə hərəkəti harmonik vəhdətdə təqdim etmək qabiliyyətinə görə Kukla teatrının ən öncül sənətkarlarından idi. O, milli kukla teatrı sənətinin poetik xüsusiyyətlərini, onun Qərbin eyni səhnə sənətinin estetik prinsiplərini mənimsəmək təcəssüm etdirmək mərhələlərinin əsaslarını öyrənib. Bunları cəsarət müvafiq improvizələrlə öz oyununun ruhuna hopdura bilib”.

 

Bəli, Mansur Mansurov aktyor keyfiyyətlərini təkmilləşdirməyi həmişə diqqətdə saxlayıb. Eyni rolu müxtəlif quruluşlarda oynayanda da yeni səhnə təfsiri üçün usanmadan yaradıcılıq axtarışları edib nəticə etibarilə bir-birindən fərqli obrazlar çələngi yaratmağa nail olub. Daha çox həlim xarakterli müsbət obrazlar ustası olan Mansur Mansurov xarakterindəki saflıq səmimiyyəti təbii surətdə qəhrəmanlarının da xarakterinə, səhnə təcəssümünə köçürə bilib.

 

 

 

Kuklaçının kuklaçı qızı...

 

 

 

Ömrünün sonunadək bu teatrın səhnəsində çıxış edərək yetişən nəsillərin teatr, sənət zövqünün formalaşmasına xidmət edən Mansur müəllimin səhnə ömürlüyü bundan sonra da davam edəcək. Çünki həm xatirəsi sənət yoldaşları və onu sevən tamaşaçılarının qəlbində həmişəlik qalacaq, həm də dolğun sənət yolu qızının yaradıcılığında yaşayacaq.

 

Bu gün Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində aparıcı rolları ifa edən aktyorun qızı Səriyyə Mansurova atasının sənət yolunu daha böyük uğurla davam etdirmək əzmindədir. Atasını, sənət dostunu göz yaşları ilə xatırlayan aktrisa deyir: “O təkcə ata yox, mükəmməl dost idi. Axı həm də bizi birləşdirən sənət var idi. Aktyor Mansur mənim üçün teatr və həyat məktəbi idi. Bilirəm, bundan sonra onun sənət yolunu davam etdirmək elə də asan olmayacaq. Amma hər zaman onaonun mənə də öyrətdiyi teatra vicdanla xidmət məramına uyğun yaşayacağam”.

 

Səriyyə xanım bundan sonra səhnəyə həm də atasına sevgi və tamaşaçı rəğbətini dönə-dönə hiss etmək üçün çıxacağını bildirirbuna görə sevinir...

 

Həmidə NİZAMİQIZI

 

 

Mədəniyyət.- 2020.- 3 iyun.- S.6.