“Unudulmayanlar”da Hüseynqulu Sarabski xatırlanıb
Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Unudulmayanlar” layihəsi çərçivəsində növbəti onlayn mühazirə Xalq artisti, görkəmli aktyor, opera müğənnisi, rejissor, pedaqoq, teatr xadimi Hüseynqulu Sarabskiyə həsr olunub.
Musiqişünas, professor Nailə Rəhimbəyli sənətkar haqqında geniş məlumatı izləyicilərə təqdim edib.
Hüseynqulu Sarabskini səhnəmizin əfsanəvi Məcnunu adlandırırlar. O, sənətə Şərqin və Azərbaycanın ilk operası, dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” zirvəsindən qədəm qoyaraq bütün ömrü boyu bu zirvənin məsuliyyətini və ucalığını dərk edərək yaşayıb, sənətinə, peşəsinə vurğunluğu ilə nəsillərə nümunə olub. H.Sarabski 30 ildən artıq bir müddətdə Məcnun rolunu 400 dəfə ifa edib.
O, həmçinin Üzeyir Hacıbəylinin opera
və operettalarında – Kərəm (“Əsli və Kərəm”),
Şeyx Sənan (“Şeyx
Sənan”), Şah Abbas
(“Şah Abbas və Xurşudbanu”), Söhrab
(“Rüstəm və Söhrab”), Sərvər
(“O olmasın, bu olsun),
Mərcan bəy (“Ər və arvad”),
Əsgər (“Arşın mal alan”), Müslüm
Maqomayevin “Şah
İsmayıl”ında Şah
İsmayıl, Zülfüqar Hacıbəyovun
“Aşıq Qərib”ində Aşıq Qərib
rollarının ilk ifaçısı olub.
Mədəniyyət.- 2020.- 3 iyun.-
S.5.