Bir nar ağacı var, bir dar ağacı...”

 

 

XX əsr Türkiyə poeziyasına yeni fəlsəfi fikir gətirərək ədəbi məktəb yaradan mütəfəkkir ədiblərdən biri Nəcib Fazil Qısakürək olub. O, insan ruhunun metafizik dərinliklərini özündə əks etdirən bir söz sənətkarı kimi tanınıb.

 

Əhməd Nəcib Fazil Qısakürək 26 may 1904-cü ildə İstanbul şəhərində məmur ailəsində dünyaya göz açıb. Valideynləri Kahramanmaraş bölgəsindən İstanbula köçüblər. Nəcib ibtidai orta təhsilini amerikan fransız kolleclərində, eləcə Bəhriyyəməktəbində (Hərbi dəniz liseyi) alıb.

 

Erkən çağlardan poeziyaya maraq göstərib, ilk şeirləriYeni məcmuəYeni həyatjurnallarında dərc olunub. Liseydə dövrün tanınmış şairləri Yəhya Kamal, Əhməd Həmdi, İbrahim Askı kimi qələm adamlarından dərs alıb.

 

Nəcib Fazil orta təhsilini başa vurduqdan sonra İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin fəlsəfə şöbəsinə qəbul olunur. 1924-cü ildə ali təhsilini bitirir Fransanın Sorbonna Universitetinin Fəlsəfə fakültəsinə daxil olur. Bir il burada təhsil aldıqdan sonra Türkiyəyə qayıdır. Banklarda müfəttiş mühasibat şöbəsində işləyir. O, dövlət işi ilə bərabər yaradıcılığa da vaxt ayırır. Hörümçək toruSəkiləradlı şeir kitabları işıq üzü görür. Şairin 1932-ci ildə çap olunanMən ötəsiadlı şeirlər kitabı isə qısa müddətdə böyük populyarlıq qazanır. Şöhrətinin səsi-sorağı Türkiyənin ucqarlarına da gedib çıxır.

 

Poeziyasının müəyyən hissəsini təşkil edən kövrək duyğular özünəməxsus ustalıqla verilir. MüəllifinSevgilimşeiri bu baxımdan diqqət çəkir. Şair həmin şeirdə eşq hissinin gözəlliyi ilə bərabər, insana yaşatdığı əzabı da ifadə edib.

 

Nəcib Fazil türk fəlsəfi poeziyasında özünəməxsus yer tutur. Şair əsərlərində fəlsəfi fikrə yeni məna-məzmun verib.

 

Keçdi, keçdi mövsümlər...

Süpürüldü təqvimlər.

Gedənlərdən qalan şey;

Divarlarda rəsmlər,

Məzarlarda isimlər...

 

Yaradıcılığa lirik şeirlərlə başlayan şairin poeziyasında ictimai-siyasi xarakterli ədəbi nümunələr üstünlük təşkil edir. O, bu qəbildən şeirləriniÇiləkitabındaDava cəmiyyətbaşlığı altında verib. Qəzəb həcvkitabı isə şairin müxtəlif məcmuələrdə dərc edilən şeirlərinin toplusudur.

 

Nəcib Fazil eyni zamanda on yeddi dram əsəri yazıb.Toxum”, “Bir adam yaratmaq”, “Kinayə”, “Səbir qalası”, “Pul”, “Rəis bəy”, “Komandan”, “Qanlı sarıq digər pyesləri müəllifə böyük şöhrət qazandırıb. Ümumiyyətlə, ədibin dramaturgiyasında tarixi mövzular xüsusi yer tutur. Bu əsərlərdə tarixi həqiqətlərə müasir yanaşma mövcuddur. Müasiri olan ədəbiyyatşünaslar onun əsərlərini dərindən araşdırıb, yaradıcılığının təhlilinə neçə-neçə kitab həsr ediblər.

 

Getdikcə şöhrəti artan ədib müxtəlif təhsil ocaqlarında dərs demək üçün təkliflər alır. Fransız məktəbində, Robert kollecində, İstanbul Gözəl Sənətlər Universitetində (Memar Sinan Universiteti), Ankara Dövlət Konservatoriyası Ankara Universitetinin Dil tarix-coğrafiya fakültəsində pedaqoji fəaliyyətlə məşğul olur.

 

Araşdırmalarda şairin publisistik fəaliyyətinin ədəbi yaradıcılığı qədər əhəmiyyətli olduğu qeyd edilir. 1943-cü ildən siyasətə meyil edən Nəcib Fazil Qısakürək mətbu məqalələri ilə Türkiyə cəmiyyətində ictimai fikrə zənginlik qatıb. Böyük Şərqjurnalında çıxan yazıları ilə hakim partiyaya (CHP) müxalifətdə olduğunu bildirib, dəfələrlə həbs edilib. Keçdiyi həbsxana həyatı yaradıcılığına böyük təsir göstərib. MəşhurZindandan Mehmetə məktubəsərində yaşadığı çətinlikləri, keçdiyi əzablı yolları qələmə alıb.

 

Elmi yaradıcılığı ilə tanınan Nəcib FazilNamiq Kamal”, “Ulu xaqan II Əbdülhəmid xan s. əsərləri ilə elmi ictimaiyyətin diqqətini cəlb edib.

 

Sonradan ədəbiyyat qarşısındakı xidmətləri hökumət tərəfindən yüksək qiymətləndirilən sənətkarın anadan olmasının 70 illiyi Türkiyə Böyük Millət Məclisində qeyd edilib. 1980-ci ildə Türkiyə Mədəniyyət NazirliyininBöyük mükafat”ına, “İman İslam atlasıəsəri isəMilli mədəniyyət vəqfi mükafatı”na layiq görülüb. O, həmçinin Türkiyə Yazıçılar Birliyinin “Ali xidmət mükafatı”nın da laureatı olub. Türk Ədəbiyyatı Vəqfi tərəfindən 1980-ci ildə ədibə “Sultan-üs şüəra” (“Şairlər sultanı”) fəxri adı verilib.

 

Nəcib Fazil Qısakürək 25 may 1983-cü ildə vəfat edib, İstanbulunƏyyubqəbiristanlığında dəfn olunub.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 3 iyun.- S.6.