“Qədim alətlərimiz” silsiləsindən
mühazirələr
Beynəlxalq Muğam Mərkəzindəki (BMM)“Qədim musiqi alətləri” ekspozisiyasında yer alan nümunələr haqqında onlayn mühazirələr davam edir. Sosial şəbəkələr vasitəsilə təqdim olunan növbəti mühazirə şahrud alətinə həsr olunub. Mühazirəni Azərbaycan Milli Konservatoriyasının (AMK) “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov təqdim edib.
Rud — qədim simli çalğı alətidir. Ud tipli alətlər qrupuna daxildir. Əsasən saray mədəniyyətinə
məxsus olan musiqi alətidir, yaranması XVI əsrə
qədər gəlib çatıb. Orta əsr
Azərbaycan klassiklərinin
əsərlərində təsvir
edilib. Şahrud – rudun böyük,
bəm biçimi olan alətdir. Uddan iki dəfə böyükdür, 5 cüt
simi var, uddan bir oktava
bəm səslənir.
IX əsrdə yaranan alət XIV əsrdə Ə.Marağayi
tərəfindən bərpa
olunub. Alət müasir günümüzdə
Məmmədəli Məmmədov
tərəfindən AMK-nın elmi-tədqiqat laboratoriyasında
təkmilləşdirilib və
Beynəlxalq Muğam Mərkəzinin “Qədim musiqi alətləri” ekspozisiyasında yer alır.
“Qədim milli alətlərimiz” silsiləsindən
daha bir mühazirə qolça qopuz alətinə həsr edilib.
Məmmədəli Məmmədov bu alət haqqında aparılan tədqiqatlardan
danışıb. Qeyd edib ki, mərhum
tədqiqatçı alim,
professor Məcnun Kərimovun
fikrincə, Dədə
Qorqudun qolça qopuzu, adından da göründüyü kimi, qolda gəzdirilib.
Rəvayətə görə, qolça
qopuzu Dədə Qorqud icad edib.
Qopuz üçsimli imiş, burada üç sim o dünyanı, yerüstü aləmi və kainatı bildirir. Hər bir alət dövrün tələbinə
görə inkişaf
edib. IX əsrdə
qopuzun qolu uzadılıb, hər simin yanına biri əlavə olunub.
Bugünkü qopuz aləti də dövrün tələbinə görə
təkmilləşdirilib və
BMM-in “Qədim milli musiqi alətləri” ekspozisiyasında nümayiş
olunur.
Mədəniyyət.- 2020.- 3 iyun.-
S.7.