Ekologiya və ətraf mühit” adlı biblioqrafik icmal

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 5 iyunDünya Ətraf Mühit Günü münasibətilə “Ekologiya və ətraf mühit” adlı biblioqrafik icmal hazırlayıb.

 

Ölkədə iqtisadiyyatın inkişafı və əhalinin sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması dövlətin daim diqqət mərkəzindədir. Təbiətin mühafizəsi, bioloji müxtəlifliyin azalmasının və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi böyük sosial iqtisadi əhəmiyyət kəsb edir.

 

Ekologiya və ətraf mühit” adlı biblioqrafik icmal Respublika Gənclər Kitabxanasının  www.ryl.az saytına yerləşdirilib.

 

İcmalda təqdim olunan ədəbiyyat Azərbaycan və rus dillırində verilib. Oxuculara həmçinin elektron resurslar haqqında da məlumat verilir.

 

Mədəniyyət.- 2020.- 5 iyun.- S.4.