Azərbaycan ədəbiyyatında alleqoriya
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan ədəbiyyatında alleqoriya” (Məcazdan həqiqətə) adlı monoqrafiya nəşr olunub.
Əsərin müəllifi Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, filologiya üzrə elmlər doktoru Lalə Əlizadədir. Nəşrin elmi məsləhətçi və ön sözün müəllifi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.
Monoqrafiyada XII-XVI əsrlər
Azərbaycan ədəbiyyatında alleqoriyanın rolu, inkişaf yolları tədqiq
olunub. Anadilli və farsdilli poeziyadan
gətirilən ədəbi nümunələr əsasında
aparılan tədqiqat işində Xaqani Şirvani, Nizami Gəncəvi
və Məhəmməd Füzulinin
yaradıcılığında alleqoriya sənətinin
araşdırılmasına xüsusi yer ayrılıb. Kitabda
irfan-fəlsəfi-bədii istiqamətində, təsəvvüf
dünyagörüşündə və hürufi
poeziyasında alleqoriyanın mövqeyini təhlil
edən ayrı-ayrı bölmələr təqdim olunub.
Mədəniyyət.- 2020.- 5 iyun.-
S.7.