“Ərtoğrol Cavid: taleyi və sənəti” kitabının
müzakirəsi
AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu “Ərtoğrol Cavid: taleyi və sənəti” adlı kitabın onlayn müzakirəsini keçirib.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək Cavidlər ailəsi barədə danışıb¸ Ərtoğrol Cavidin 24 illik qısa ömür yoluna, ədəbi-bədii yaradıcılığına, rəssamlıq, folklorşünaslıq və musiqişünaslıq fəaliyyətinə nəzər salıb. Bildirib ki, 1996-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda Cavidlər ailəsinin şərəfinə Hüseyn Cavid məqbərəsi ucaldılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Hüseyn Cavidin 130 və 135 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib.
Məruzəçi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2002-ci ildə imzaladığı sərəncamla Naxçıvan şəhərindəki Musiqi və bədii sənətkarlıq məktəbinə Ərtoğrol Cavidin adının verildiyini, 2019-cu ildə Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirildiyini də diqqətə çatdırıb.
İnstitutun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimli
“Ərtoğrol Cavidin bədii
yaradıcılığı”,
Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad
Tarverdiyev “Musiqişünas,
folklorşünas Ərtoğrol Cavid”, institutun əməkdaşları
– filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova “Qərb və
Şərqin qovşağında Ərtoğrol Cavid”, Fizzə Quliyeva
“Ərtoğrol Cavidin təsviri sənət
fəaliyyəti” mövzusunda məruzə
ilə çıxış ediblər.
Mədəniyyət.- 2020.- 5 iyun.-
S.4.