Şanxayda Azərbaycan mədəniyyəti gecəsi

 

Çinin maliyyə mərkəzi hesab olunan Şanxay şəhərindəki “Pullman Jingan” mehmanxanasında “Odlar Yurdu” adlı Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub.

 

Gecənin qonaqları dolma, plov, müxtəlif salatlar, şirniyyatlar daxil olmaqla Azərbaycan mətbəxinin ləziz təamlarından və şərablarından dadıblar.

 

Tədbir “Caspian coast winery and vineyards” “Eva Global (Shanghai) İnternational Trading co. Ltd” şirkətlərinin təşkilatçılığı ilə gerçəkləşib. Şanxayda keçirilmiş kulinariya festivallarının fəal iştirakçısı Aysel Lətifli mehmanxananın aşpazları ilə birgə Azərbaycan yeməklərini hazırlayıb. Uzun illərdir Şanxayda yaşayan digər həmvətənimiz Anna Vey isə təşkilati məsələlərdə yaxından iştirak edib.

 

Tədbirdə Azərbaycan musiqisi səslənib, qonaqlar həmvətənlərimizin ifasında milli rəqslərimizi izləyiblər.

 

Mədəniyyət.- 2020.- 5 iyun.- S.8.