Bu dünya dəmyə
dünyadı...
5 iyun Vaqif
Səmədoğlunun doğum günüdür
Dəmyə yerin işi çox çətindi, toxumu əkdin bitə də bilər, bitməyə də. “Bu dünya dəmyə dünyadı, nə bitdi, bitdi...” deyən Vaqif Səmədoğlu əkdiyi göyərib dən olunca çox əzablara qatlaşdı. Əlinə qələm alıb yazmağa başladığı ilk gündən sözün məsuliyyətini, dəyərini anladı, sözün böyüklüyünə tapındı, dəmyə yerdə də hər dənin sünbül olacağına inandı...
Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil edir. Vaqif Səmədoğlu həyat və zaman, dünya və insan haqqında lirik-fəlsəfi düşüncələrin bənzərsiz mənzərəsini və poetik tapıntılarla dolu zəngin aləmini yaradıb.
Olumla ölümün haqq olduğunu, dünyanın faniliyini, heç nəyin və heç kimin əbədi olmadığını çoxlarından yaxşı dərk edən şair bəlkə də elə buna görə yazırdı:
Məzarıma
nə başdaşı qoyun,
nə heykəl...
Mədəniyyət.- 2020.- 5 iyun.-
S.1.