Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb

 

 

İsveçin paytaxtı Stokholmda fəaliyyət göstərən “Qarabağ” rəqs qrupu bu ölkədəki İslam təşkilatı – “İbn Rushid Studieförbund” tərəfindən təşkil olunanDigital Ramazan 2020 Stockholm” tədbirində iştirak edərək milli rəqslərimizi ifa edib.

 

Müxtəlif ölkələrin mədəniyyətinin nümayiş edildiyi beynəlxalq tədbirdə İsveç-Azərbaycan Dərnəyinin (SAF) nəzdində fəaliyyət göstərən rəqs qrupu “Yallı”, “Almalı” və “Bayram” rəqsləri ilə nümunəvi çıxış edib.

 

İsveçdə yaşayan azərbaycanlı uşaqlardan ibarət rəqs qrupunun çıxışları maraqla qarşılanıb. Tədbir İsveçin SVT 1 kanalında işıqlandırılıb.

 

 

Mədəniyyət.- 2020.- 5 iyun.- S.8.