“Mən
ot basmış bir cığıram”
Fikrət Sadığın 90 illiyi münasibətilə
kitab işıq üzü görüb
Tanınmış şair, tərcüməçi,
publisist, Əməkdar
mədəniyyət işçisi
Fikrət Sadığın
90 illik yubileyi ərəfəsində Azərbaycan
Yazıçılar Birliyinin
(AYB) sədri, Xalq yazıçısı Anarın
təşəbbüsü ilə “Mən ot basmış bir cığıram” adlı kitab işıq üzü görüb.
Kitabda şairin
çap olunmayan şeirləri toplanıb. Bununla yanaşı,
şairin məşhur
və sevilən şeirləri də nəşrdə yer alıb. “AybKitab”
layihəsində çap
olunan kitabın tərtibçisi və redaktoru Aysel Fikrətdir.
Kitabda şairin 1954-1959-cu illərdə Bakı Dövlət Universitetinin qəzetində çap olunmuş ilk şeirlərindən son kitabına qədər seçmə nümunələr, həmçinin 86 yaşında yazdığı şeirlər verilib. Bu, şairin dünyasını dəyişdikdən sonra çap olunan ilk kitabdır.
Fikrət Sadıq (1930-2016) Azərbaycan
ədəbiyyatının sevilən, seçilən şairlərindən
biri olub. 60-cı illərdən
Rəsul Rzanın xeyir-duası ilə ədəbiyyata gələn
şair poetik
yaradıcılığı, tərcümələri ilə
ədəbiyyatımıza mühüm
töhfələr verib.
Mədəniyyət.- 2020.- 5 iyun.-
S.6.