Kitabxanaların virtual layihələri
davam edir
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası
görkəmli şərqşünas-alim,
filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın
həyat və yaradıcılığından bəhs edən elektron resurs hazırlayaraq istifadəçilərə
təqdim edib.
Kitabxananın saytında yerləşdirilən
elektron resursda alimin həyat və elmi fəaliyyətinin
əsas tarixləri, əsərləri, tərcümələri
və s. məlumatlar əksini tapıb. Elektron topluda Vasim Məmmədəliyev,
Nərgiz Axundova, Cəmil Quliyev kimi akademiklərin, yazıçıların, dövlət
xadimlərinin Aida xanım
haqqında fikirləri,
xatirələr, foto və videoqalereya da yer alıb.
Respublika Gənclər Kitabxanası
“İnstagram” səhifəsində
Əməkdar incəsənət
xadimi, nasir, şair, dramaturq Baba Vəziroğlu ilə evdən canlı görüş keçirib. Baba Vəziroğlu ilk mütaliə
təcrübələri haqqında
danışıb, mütaliənin,
kitabın onun həyatında necə mühüm rol oynadığını dilə
gətirib. Qonaq həmçinin
müasir gənc yazarlar haqqında fikirlərini bölüşüb,
onlara tövsiyələr
verib.
Canlı yayım müddətində
Baba Vəziroğlu müəllifi
olduğu “Sevgi var ayrılıqdan güclüdür, vallah” və “Xatirədir” şeirlərini səsləndirib. Sonda kitabxananın
şöbə müdiri
Günay Həsənova
qonağa canlı yayıma qatıldığına
görə təşəkkürünü
bildirib.
***
Binəqədi rayon MKS görkəmli rus şairi Aleksandr Puşkinin doğum günü münasibətilə onun həyat və yaradıcılığına həsr
olunan iki dildə (Azərbaycan, rus) videoçarx, “Kitabxanaçının tövsiyəsi”, “Ucadan oxu” layihələri üzrə video, biblioqrafik
icmal, virtual kitab sərgisi hazırlayıb.
Kitabxananın əməkdaşları və
fəal oxucuları “Facebook” və “İnstagram” hesabları üzərindən Puşkinin
şeirlərini və
nağıllarını səsləndiriblər.
***
Bakı
Şəhər Mədəniyyət
Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanası
pandemiya dövründə
oxuculara ədəbiyyatı
təbliğ etmək
məqsədilə “Onlayn
müzakirə” rubrikasında
ədəbiyyatşünaslarla, yazıçı və şairlərimizlə müntəzəm
görüşlər keçirir.
Rubrikanın təşkilində izləyicilərin rəy və təklifləri əsas götürülür.
“Onlayn müzakirə”nin növbəti qonağı gənc şair Aqşin Evrən olub. O, söhbət zamanı “Mənfi sənsiz dərəcə” kitabından
da söz açıb, şeirlərini
oxuyub, izləyicilərin
suallarını cavablandırıb.
Gənc şair layihədən razı qaldığını
söyləyib və kitabxanaya minnətdarlığını
bildirib.
Xəzər rayon MKS-nin 3 nömrəli filialı isə Azərbaycanın tarixi-memarlıq
incilərindən olan
Şəki Xan sarayına virtual səyahət
təşkil edib. Saray haqqında
videoslayd hazırlanıb,
kitabxananın “İnstagram”
və “Facebook” hesablarında paylaşılıb.
Videoslaydda qeyd edilir ki,
Şəki Xan sarayı dünya əhəmiyyətli tarixi
və memarlıq abidəsidir. XVIII əsrdə
inşa edilən saray binası şəhərin şimal-şərq
hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir.
İkimərtəbəli saray binası
300 kvadratmetr sahəni
əhatə edir, altı otaq, dörd dəhliz və iki güzgülü
eyvandan ibarətdir.
***
Suraxanı rayon MKS-nin Mərkəzi kitabxanası unudulmaz şair Mikayıl Müşfiqin anadan olmasının 112 illiyi münasibətilə videoçarxlar
hazırlayıb. Kitabxanadan bildirilib ki,
videoçarxlarda şairin
ömür yolu və yaradıcılığından
söhbət açılır
və ona həsr olunan kitablar barədə məlumat verilir.
***
AMEA-nın Mərkəzi
Elmi Kitabxanası (MEK)
isə Azərbaycanın
böyük satira ustadı Mirzə Ələkbər Sabirin əsərlərini PDF formatda
oxuculara təqdim edir. MEK-dən bildirilib ki, istifadəçilər kitabxananın
“Elektron kitablar” bazasına daxil olaraq kitabları yükləyə bilərlər.
MEK həmçinin professor Abbas Zamanovun “Sabir xatirələrdə”
kitabını PDF formatda
təqdim edib. Kitabda Sabirin
müasirlərinin onun
haqqında mətbuatda,
həmçinin şairə
həsr olunmuş ayrı-ayrı kitablarda yazdıqları xatirələr
ilk dəfə olaraq bir yerə toplanıb.
***
Bakı
Şəhər Mədəniyyət
Baş İdarəsi Sabunçu rayon MKS-nin 2 nömrəli filialı kiçikyaşlı oxucular
üçün rus dilində H.X.Andersenin “Düyməcik” nağılını
və Azərbaycan dilində “Kral şir” nağılını
səsləndirərək videoçaxrlar
hazırlayıb.
Kitabxananın izləyicilərə təqdim etdiyi nağıllar heyvanların dili ilə insanlara bir ismarışdır, metaforadır, təbiətə
sevgi, zəifə qayğı, zərif məxluqları
qorumaq hisslərini aşılayır.
Mədəniyyət.- 2020.- 10 iyun.-
S.4.