Naxçıvanda dulusçuluq
sənətinin tarixi barədə məruzə
Türkiyənin Şanlıurfa şəhərindəki Harran Universiteti və İqtisad Universitetinin birgə təşkilatçılığı ilə onlayn formatda “Göbəklitəpə Beynəlxalq Sosial və Bəşəri Elmlər Konqresi” keçirilib.
Müxtəlif ölkələrdən alim və mütəxəssislərin qatıldığı konqresdə AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilov da çıxış edib. O, onlayn konqresdə “Erkən Tunc dövründə Naxçıvanda dulusçuluq” mövzusunda məruzəsini təqdim çıxış edib.
Naxçıvanın qədim sənətkarlıq sahələrindən biri olan dulusçuluq haqqında məlumat verən məruzəçi muxtar respublika ərazisində aşkar olunan Erkən Tunc dövrü abidələri – keramika məmulatlarının müqayisəsini aparıb. Toğrul Xəlilov Kür-Araz mədəniyyətinin əsas mərkəzlərindən biri olan Naxçıvanda bu mədəniyyətin formalaşması tarixinin qədim olduğunu qeyd edib.
Mədəniyyət.- 2020.- 10 iyun.-
S.5.